22 yaşlı Qreys Strobel daun sindromlu olaraq dünyaya gəlib. Ailəsi və tanıdığı insanlar tərəfindən əsla normal bir həyatı olmayacağı söylənərək böyüdülüb. Ancaq Strobel ona söylənənlərə məhəl qoymadan dünyada ən çox istədiyi hədəfinə yönəlib və sonunda istədiyi yerə çatıb.
Moderator.az xəbər verir ki, oxumağı və yazmağı bacarmayacağı söylənən gənc qız yoldaşlarının onu ələ salmasından sonra bir araşdırma aparıb.
Apardığı araşdırmalar nəticəsində eyni xəstəliklə mübarizə edən bir qadının model olduğunu öyrənib və özünün də model olacağına qərar verib.
Gənc qız indilərədə gözəlliyi ilə göz qamaşdıran bir modeldir və cəmiyyətin onun kimi daun sindromlulara qarşı olan mənfi fikirlərini dəyişərək insanları bu xəstəlik haqqında məlumatlandırır.




Kamran