Mina BOŞANMASINDAN DANIŞDI: "Dedi ki, nə evim, nə də sənə baxacaq pulum var" - VİDEO

"Həyat yoldaşım Sərxan mənə evdən küçəyə çıxmağa icazə vermirdi. Telefonumu götürüb, qapını üzümə bağlayıb, evdən çıxıb gedirdi. O, qohumlarımla belə mənə görüşməyə icazə vermirdi. Ona etiraz edirdim. Bu altı ay davam etdi. Ailəmin dağılmasını istəmirdim. Ailəyə müqəddəs kimi yanaşırdım. Ana olmaq istəyirdim. Amma çox təəssüf ki, başıma belə bir hadisələr gəldi" .

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi həyat yoldaşı Sərxan tərəfindən aylarla işgəncələrə məruz qaldığını və ailəsinin dağılmasını istəmədiyini vurğulayıb:

"Nikahımızın ilk günü Sərxan mənə "Instagram" hesabımı bağlamağı və incəsənətdən uzaqlaşmağımı söylədi. Onsuz da mən efirlərə çıxıb deyirdim ki, ailə qursam, hər şeyi bağlamağa hazıram.
O təqdirdə ki, işimdən ayrılıramsa həyat yoldaşım mənə həm mənəvi həmdə maddi dəstək olacaq. Hər qadın istəyər ki, onun həyat yoldaşının evi, avtomobili və daimi işi olsun. Evlənəndə dedi ki, 3 evi var - ikisi mikrorayonda, biri isə "Azur"da. Heç nəyə ehtiyyacım olmayacağına, hər şeyi özü edəcəyinə söz verdi. Məndə onun bu şərtlərinə "Hə" deyib, razılaşdım”.

Sənətçi bildirib ki, deyilən vədlər özünü doğrultmayıb:

“Biz evləndikdən sonra üç ay kirayədə yaşadıq. Mənə söylədi ki, üç aydan sonra "Azur"a köçəcəyik. O zaman var-dövlət hayında deyildim. Sadəcə sağlam ailəistəy irdim. Lakin bu insan məni aldatdı. Sonra da etiraf etdi ki, vədləri yalandır.Nə evləri var, nə pulu. Daha sonra mənə vətəndaşlıqdan imtina edib Fransaya köçməyi təklif etdi. Anladım ki, oyunun içinə düşmüşəm. Gördüm ki, artıq uçuruma doğru gedirəm. Onunla bir yerdə qalmağım artıq mümkün deyildi”.

Mina bir neçə gün öncə ayrıldığını etiraf edib:

“Biz doqquz oktyabrda ayrıldıq. Birlikdə yaşadığımız evdən bütün əşyalarımı götürüb, köçmüşəm.

Sənətçi keçmiş həyat yoldaşının boşanmaya ilk addım atması ilə bağlı iddialarına cavab olaraq bildirib ki, ilk müraciəti 2 vəkil tutaraq özü edib və bazar ertəsindən etibarən boşanma prossesinə start veriləcək.

Mina müsahibəsində həyat yoldaşının ailəsi tərəfindən arzuolunmaz gəlin olduğunu etiraf edib:

"Sərxanın xalası mənə yazdı ki, o səni çox bəyənir, səninlə evlənmək istəyir. Bir sözlə onun ailəsi tərəfindən ilk addımı xalası atıb. Anası ilə qardaşı isə evliliyimizə qarşı idilər. Nikahımızda əmisi oğlu şahid gismində iştirak edib. Onlar necə yalançı oğullarını tanımırdılar. Sərxanın ailə üzvləri ilə mənim ailə üzvlərim arasında münasibət olmayıb".
Keçmiş həyat yoldaşının şəkillərinin paylaşılmasına qarşı çıxmasına isə sənətçi bildirib ki, belə bir qanun yoxdur ki, rəsmi həyat yoldaşı ərinin fotolarını paylaşa bilməz.

“Ümumiyyətlə bizim boşanmağımızı gündəmə gətirmək istəmirdim. Amma o çıxıb, boşanmağımızla bağlı açıqlama verərək hər şeyi korladı. Mən də bu məsələlərin ardını davam etdirmək məcburiyyətindəyəm",-deyə Mina qeyd edib.

Qeyd edək ki, Minanın boşanma xəbərini olay.az saytı yazıb

Rəşad Əliyev, Bizim.Media

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

Sumqayıtda tikilidə yanğın oldu

Sumqayıtda tikilidə yanğın oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

End of content

No more pages to load

RADİO