“Avroviziya”da Azərbaycana qarşı təxribatın SƏBƏBİ - Məqsədyönlüdür, yoxsa texniki xəta? 

“Avroviziya”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub? Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb? 

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Facebook” hesabında bu suallara cavab axtarıb. 

Onun sözlərinə görə, "Avroviziya 2022" yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs veridiyi görsənir. Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və 5 ölkə barədə Avropa Yayım Birliyindən gözlənilməz QƏRAR


Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan  edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb. O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib. 

Qarşı tərəf, "Avrovizion 2022" təşkilatçıları, Avropa Yayım Birliyi  isə bununla bağlı rəsmi açıqlama veriblər.  

Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər. 

Kimdir günahkar? 

O.Gündüz burada üç mümkün  variant ola biləcəyini deyir: 

1. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək  münsiflərimizi  yarışdan  kənarlaşdırıb. 

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı  fikir ayrılığı olub və  bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq  informasiya sızıb. Yarışın qaydalarına görə  bu tip hallarda nəticələr nəzərə alınmır. 

3. Güman etmək olar ki, Münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.  

Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər. 

Nə etməli? 

“AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir. 
Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin  bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında  rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”, - deyərək Osman Gündüz fikirlərini yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rusiya Qara dənizdə yük gəmisini VURDU

Rusiya Qara dənizdə yük gəmisini VURDU

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

"İmişli" məşqçisi ilə yollarını ayırdı

"İmişli" məşqçisi ilə yollarını ayırdı

Xəstəliklər əvvəlcədən proqnozlaşdırılacaq - Zukerberqdən SENSASİON LAYİHƏ

Xəstəliklər əvvəlcədən proqnozlaşdırılacaq - Zukerberqdən SENSASİON LAYİHƏ

Kiyevdə tramvay və trolleybusların hərəkəti DAYANDIRILDI - VİDEO

Kiyevdə tramvay və trolleybusların hərəkəti DAYANDIRILDI - VİDEO

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO

Dövlət başçıları Türkmənistanda konsert proqramında - VİDEO

Dövlət başçıları Türkmənistanda konsert proqramında - VİDEO

End of content

No more pages to load

RADİO