Kənandan Aygünün “qısqanmıram” sözünə REAKSİYA: “Kişilərə heç nəyi qadağan etmək olmaz”  

“Tik-Tok”da qazandığım pul xalqdan gəlir və o pulu xalqa da geri qaytarıram. Açıqlamayacağam necə, nə cür... Deyirlər ki, Kanan “Tik-Tok”dan qazanır. Sən də Kənan Mahmudov ol, sən də qazan. Haradansa pul qazanıramsa, bildirmək istəyirəm ki, həyatımın 20 ilini incəsənətə qurban vermişəm. Onlar da açsınlar canlı yayım. Baxsınlar ki, onlara mənə göndərdiklərindən verəcəklər?! “Damara baxıb, qan alarlar”. Məsələ də budur”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində aktyor və rejissor Kənan Mahmudov deyib.

Bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın “Tik-Tok” sosial şəbəkəsindən 35.000 dollar pul qazanması müzakirələrə yol açıb. Sözügedən platformadan aktiv şəkildə istifadə edən Kənan məsələyə bu cür münasibət bildirib.  

“Maşallah olsun. Pərvinin sağ əli bizim başımıza. Qadınların “Tik-Tok”da oyun oynayıb, pul qazanması daha çox və artıqdır. Bir də orada keçirdiyin saat var. Mən “Mia” ilə 1-2 saat oyun oynayıb, çıxıb, gedirəm. Qazanc məsələsinə gədikdə isə, təbii ki, daha çox uduram. Çalışıram ki, tamaşaçı ilə aramda pərdəni qoruyub saxlayım. Tanımadığım insanlarla “Tik-Tok”da canlı yayım açmıram. Canlılarda qalmaqal çox olur. Canlı yayım bizim “atamızın evi” deyil. Orada özümüzü istədiyimiz kimi apara bilmərik. Qarşı tərəf aqressiv olar, sənə elə söz deyər ki, 20 illik topladığın hörmət yerə vurular və o hörməti geri qaytara bilmərsən. Bu səbəbdən çalışıram canlıları tanıdığım və ərkim çatdığı insanlarla açım”.  

K.Mahmudovun müğənni həyat yoldaşı Aygün Şükürovanın qonaq olduğu “Həmin Zaur” axşam şousunda söylədiyi “Mən Kənanı qısqanmıram” sözlərinə isə aktyor belə reaksiya verib.  

“Qısqanclıq sevgi əlaməti deyil, güvənsizlik əlamətidir. Canlı yayımları evdə açıram. Bunu da hamı görür. Qısqanclıq olsa, daha çox qıcıqlanacağam. Kişilərə heç nəyi qadağan etmək olmaz. Kişi o zaman meylini qadağaya daha çox salır”.  


“Miss Azerbaijan 2019” Səmra Hüseynovanın “Mənim Kənan kimi ərim olsa, onun başını kəsərəm” sözlərinə isə Kənan heç bir münasibət bildirmək istəməyib:

"Mən həyatımın 21 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Mən bilirəm kimə cavab vermək lazımdır, kimə isə yox. Həyatımızda elə insanlar var ki, biz onlarla bacara bilmərik. Susmaq daha yaxşıdır. Bəzi sualların cavabına susmaq daha yaxşıdır”.

Bir çox aktyorların qonorarla bağlı gileyinə K.Mahmudov da qoşulub. O, Azərbaycandan fərqli olaraq Türkiyədə çəkildiyi ekran əsərlərindən daha çox qazanc əldə etdiyini açıqlayıb.  

“Türkiyədə aktyorlara verilən qonorar yüksək səviyyədədir. Müqayisəyə belə qələcək səviyyədə deyil. Çünki bazar, televiziya kanalı böyükdür. Təkcə İstanbulun əhalisi 80 milyon insandır, Azərbaycanda qat-qat böyükdür. Bunlar isə hamısı şərtdir. Amma orada yaxşı pul alırsansa, bu o demək deyil ki, oradakı aktyor buradakından daha yaxşı və istedadlıdır. Sadəcə qonorar qardaş ölkədə daha yüksəkdir. Hər bir kişinin cibinin bir sirri var. Türkiyədə aldığım qonorar Azərbaycandan qat-qat çox idi”.  

“Sənət nümayəndələri müsahibələrində Mədəniyyət Nazirliyinin onlara yetərincə qayğı və dəyər vermədiklərini söyləyirlər. O məşhurlar içində K.Mahmudov da vardı. Bir xeyli zaman keçib, vəziyyət eynidir?” sualına isə aktyorun cavabı belə olub: 


“Atama borclu deyillər ki, mənə “Əməkdar artist” fəxri adı versinlər. Mən “Savaşçı” serialının 40 bölümünə çəkildim. Keçmiş Mədəniyyət Nazirliyinin dövründə bu seriala görə kiçik, simvolik də olsa təşəkkür gözləyirdim. Onu da sağ olsunlar, vermədilər. Mən “Əməkdar artist” fəxri adı qazanmaq üçün o qədər də böyük işlər görməmişəm. “Təşəkkür”ü almaq üçün gərək təşəkkürə layiq nəsə bir iş görəsən. Onlara görə, yəqin heç nə eləməmişəm. Amma “Savaş”dakı roluma görə nələrsə olmalı idi... Mən fərdi, özümə görə yox, millət adına qardaş ölkə Türkiyədə işlər görmüşəm”.  

Qardaş ölkədə çəkildiyi serialdan söz açan sənətçi, Türkiyədə çox qala bilməmə səbəbini belə nəql edib.  

“Türkiyədə yeni erkan işində çəkilmişəm. Bir neçə gün olar ki, oradan qayıtmışam. Mən ailəmə və Vətənimə bağlı olduğum üçün çox darıxıram. İstanbulun tıxacı, insanların çoxluğu, oradakı düşüncə tərzi fərqli olduğu üçün darıxıram. Əzab-əziyyətlə İstanbulda 3 ildən çox qaldım. Əgər ailə, məişət və sevgi serialı olsaydı, orada bu qədər əsla qalmazdım. Amma söhbət Vətəndən, mənəvi hisslərdən gedirdi. Məhz bu səbəbdən “dişimi sıxıb” orada qaldım”.  

Müsahibənin sonunda Kənan Mahmudov ərsəyə gətirdiyi yeni ekran əsərinin anonsunu verib.  

“Eşqə düşdük” adlı komediya serialı çəkmişəm. Tezliklə “ATV” kanalında yayımlanacaq. “Qarabağ” haqda ssenari yazmışam. Əfsuslar olsun ki, büdcə böyük olduğu üçün yalnız Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilə bilər. İndi əlavə hər hansısa serial çəkmək barədə düşünmürəm. İstəyim daha ciddi filmlər ərsəyə gətirməkdir”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

End of content

No more pages to load

RADİO