Ukraynalı ssenarist və mahnı müəllifi Nikolay Brovçenko mahnılarına görə qazandığı məbləğlərdən danışıb.
Qeyd edək ki, o, Tina Karolun ifa etdiyi "Ukrayna – budur sən" ("Ukrayna – eto tı"), Ani Lorak üçün yazdığı "Günorta istisi" ("Poludennyaya jara") və digər kompozisiyaların müəllifidir.
Bizim.Media xəbər cerir ki, "Qlavkom"a müsahibə verən Brovçenko bildirib ki, qonorarın məbləği bir çox faktorlardan, o cümlədən efirlərdə və radiolarda aktivlikdən asılıdır:
"Əgər populyarlıq dalğası, mahnının premiyerası və rotasiyası baş verərsə, bu, ayda 30-40 minə qədər çata bilər. Lakin vaxt keçdikcə, tədbirlər və ictimai çıxışlar olmayanda ödənişlər də xeyli azalır".
Müəllif əlavə edib ki, bir çox artistlər artıq mahnıları özləri yazırlar, buna görə də təcrübəli müəlliflərə daha az iş qalır. Vəziyyətdən çıxış yolu kimi o, opera və myuzikllər üçün librettoların yazılması kimi daha geniş musiqi yaradıcılığına qoşulduğunu və burada qonorar səviyyəsinin mahnılara nisbətən qat-qat yüksək olduğunu qeyd edib.
Bizim.Media