Filippinli aktrisa və müğənni Lea Salonga Hollivud Şöhrət Xiyabanında ulduz qazanan ilk filippinli qadın olub.
Bizim.Media xəbər verir ki, 55 yaşlı sənətçiyə xiyabanın 2 855-ci ulduzu təqdim edilib. Salonga “Live Performance” kateqoriyasında bu şərəfə layiq görülüb.
Lea Salonga “Miss Saigon” musiqili tamaşasındakı Kim obrazı ilə dünya şöhrəti qazanıb və 1991-ci ildə “Tony” mükafatına layiq görülüb.
O, bu mükafatı qazanan ilk asiyalı qadın olub.
Qeyd edək ki, aktrisa Disney-nin “Aladdin” filmində şahzadə Jasminin, “Mulan”da isə baş qəhrəmanın mahnılarını səsləndirib.
Bizim.Media