Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"

Xalq artisti Afaq Bəşirqızı şəxsi həyatı ilə bağlı maraqlı xatirələrini bölüşərək həyat yoldaşı ilə tanışlığının necə başladığını danışıb.

Bizim.Media Milli.Az-a istinadla xəbər verir ki, aktrisa bildirib ki, həmin dövr onun həyatının ən çətin mərhələlərindən biri olub.

O, İncəsənət Universitetində təhsil aldığı illərdə tanınmış şəxslərin övladlarının paytaxtda işləməsinə məhdudiyyət qoyulduğunu, bu səbəbdən isə Sumqayıt Teatrına işə düzəldiyini söyləyib.

Afaq Bəşirqızının sözlərinə görə, gələcək həyat yoldaşı ilə ilk qarşılaşmaları isə heç də xoş başlamayıb.

"Biz nahardan qayıdırdıq. Elə bildim ki, mənə söz atıb. Yeni çanta almışdım, üç aylıq maaşımla hissə-hissə ödəyəcəkdim. Çantamla onu vurmaq istəyəndə çantanı havada tutdu və cırdı. Aramızda böyük mübahisə yarandı, hətta iş polisə qədər gedib çıxdı. Üstündən 40 ildən çox keçib, amma hələ də sübut edə bilmirəm ki, mənə söz atmışdı, boynuna almır", - deyə aktrisa gülərək bildirib.

Sənətçi daha sonra evliliklərinin ilk günündə yaşanan maraqlı hadisəni də xatırladıb. O bildirib ki, toylarının səhəri həyat yoldaşı polis tərəfindən aparılıb.

"Evləndiyim günün səhəri gəlib kişini apardılar. Hamı məndən xahiş edirdi ki, şikayət ərizəmi geri götürüm. Amma unutmuşdum. Sonra cəriməmizi ödədik, ərimi də buraxdılar", - deyə Afaq Bəşirqızı əlavə edib.

Xalq artistinin illər sonra danışdığı bu maraqlı həyat hekayəsi sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

MİQ imtahanları BAŞLADI

MİQ imtahanları BAŞLADI

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

21 yaşlı gənc ürəyindən bıçaqlandı

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Qızılın qiyməti ARTDI

Qızılın qiyməti ARTDI

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

Trampdan təklif: Bacısı əvəzləsin

Trampdan təklif: Bacısı əvəzləsin

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

Atiyə dördüncü dəfə ana olmağa hazırlaşır: "Uşaq da dünyaya gətirərəm, karyera da quraram" - FOTO

Atiyə dördüncü dəfə ana olmağa hazırlaşır: "Uşaq da dünyaya gətirərəm, karyera da quraram" - FOTO

Hansı universitetlər yay tətilində təqaüd ödəyir? – ARAŞDIRMA

Hansı universitetlər yay tətilində təqaüd ödəyir? – ARAŞDIRMA

“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin onu lənətləyək”

“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin onu lənətləyək”

Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi – Video

Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi – Video

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"

Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"

İranın silah istehsalının 84 faizi məhv edilib -Trampdan AÇIQLAMA - VİDEO

İranın silah istehsalının 84 faizi məhv edilib -Trampdan AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO