Türkiyənin tanınmış müğənnisi Cengiz Kurtoğlu Konya şəhərində keçirəcəyi konsertə gedərkən qəzaya düşüb.
Bizim.Media “Hüriyyet” nəşrinə istinadla xəbər verir ki, qəzadan sonra sənətçi müayinə məqsədilə xəstəxanaya çatdırılıb.
Həkimlər tərəfindən aparılan ilkin yardım və ətraflı müayinələr zamanı Kurtoğlunun ayağında çat olduğu müəyyən edilib.
Məlumata görə, sənətçinin ümumi sağlamlıq durumu qənaətbəxşdir və vəziyyəti nəzarət altındadır.
Həkimlərin tövsiyəsi ilə Cengiz Kurtoğlu bir müddət istirahət edəcək. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Bizim.Media