"Baharın on yeddi anı" filmində rol alan latviyalı tanınmış kino aktyoru Pauls Butkeviç 86 yaşında vəfat edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
1940-cı ildə anadan olan və 1960-cı illərdə aktyorluğa başlayan, 150-dən çox filmdə rol alan əfsanəvi aktyor son illər insult və infarktdan müalicə olunurdu.
O, Latviyanın Yekabpils şəhərindəki xəstəxanada vəfat edib.
Bizim.Media