“Xalq artistləri, niyə dillənmirsiniz?”

Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Bizim.Media  xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda həmkarlarına səslənərək efirlərdə musiqi mədəniyyətinin pozulmasından şikayətlənən sənətçiləri susqunluqda ittiham edib:

"Heç vaxt belə mövzulardan danışmamışam. Azərbaycan milləti məni illərdir kifayət qədər tanıyır və az da olsa xasiyyətimə bələddir. Bəli, mən emosionalam və bu hisslərim heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə üzə çıxıb. Bundan da heç vaxt sui-istifadə etməmişəm.
 

Sözüm bütün günü efirlərdə musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınıza su alıb oturmusunuz? Niyə susmusunuz? Xalq artisti adını yalandan alıb xalqın hesabına dolanırsınız, fəxri addan istifadə edirsiniz. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə dura bilmirsiniz? Mən şəxsən, Səidə olaraq, bundan sonra ad versələr belə, istəmirəm. Əməlimlə xalqın yanında durmaq istəyirəm, kasıbı, düzü və əyrisi ilə də...


Niyə bu gün dillənmirsiniz ki, Azərbaycan mədəniyyəti günü-gündən pis vəziyyətə düşür? Niyə bu gün Azərbaycan kanallarında corabdan danışılmalıdır? Niyə bəzi qızlardan danışılıb, onlar şan-şöhrət simvolu kimi gələcək nəsillərə "yaxşı əməl" nümunəsi kimi təqdim olunmalıdır? Və onlardan pul alıb tərifləyən aparıcılar... Niyə çıxıb danışmırsınız? Niyə Azərbaycan musiqisini müdafiə etmirsiniz?

Bu gün bizə fürsət verilib, istifadə edin, öz sözünüzü deməyi bacarın. Yaltaqlıq etməyin, yaltaq yaşamayın, ac yaşayın, mərd olun. Mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun xətrinə bu qədər insanı qurban verməyin. Çıxın, sözünüzü deyin. Televiziyalardan tələb edin. Sonra da deyirlər ki, "Televiziyanın prezidenti dedi ki, çıx otel söhbəti elə".
 

Televiziyalar, siz niyə işləmirsiniz? Ancaq divan və müğənni, başqa mövzumuz yoxdur? Niyə layihələr, fərqli proqramlar düşünmürsünüz? Barmaq silkələyənlər var, sizə o ixtiyar verilməyib ki, kiməsə nəsil-nəcabəti ilə bağlı hədə-qorxu gələsiniz! Sizə olan artıq olub. Allaha and olsun, Azərbaycan xalqı ilə birləşib sizin üstünüzdən tank kimi keçərəm.


Yerinizi bilin! Kənarda nə edirsiniz, öz işinizdir, şəxsi həyatınızdır. Amma heç birinizin bu xalqa ağıl, məsləhət verməyə ixtiyarı yoxdur. Başa düşdünüz?! Üstünüzdən keçərik! Bu milləti görəndə başınızı aşağı salın və işinizi görün". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

End of content

No more pages to load

RADİO