Əcnəbilərlə qohum olan azərbaycanlı TANINMIŞLAR - FOTOLAR

Qloballaşan dünyada sərhədlər yalnız kağız üzərində - xəritələrdə qalıb. Təhsil, iş, səyahət və sosial şəbəkələr müxtəlif millətlərdən olan insanları daha tez-tez qarşılaşdırır. Bu qarşılaşmaların bir hissəsi dostluqla bitir, bir hissəsi isə nikahla. Müşahidələr göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayı artmaqdadır.
 

Artıq azərbaycanlı bir gəncin alman, ingilis, fransız, koreyalı, türk, rus və ya amerikalı ilə ailə qurması nadir hal deyil. Xüsusən xaricdə təhsil alan və ya beynəlxalq mühitdə çalışan gənclər üçün bu cür evliliklər adiləşib. Bir çoxları üçün əsas meyar milliyyət yox, xarakter uyğunluğu, dəyərlər və qarşılıqlı hörmətdir.


Doğrudur, Azərbaycan cəmiyyətində hələ də “öz millətimdən olsun” düşüncəsi güclüdür. Xüsusilə valideynlər üçün dil, din və adət-ənənə məsələləri önə çəkilir. Amma statistika göstərir ki, zamanla valideynlər dəəcnəbilərlə evliliyə öyrəşirlər. Əcnəbi kürəkən və ya əcnəbi gəlin Azərbaycan dilini öyrənməyə, adət-ənənələrə hörmət etməyə çalışdıqca, ailə üzvlərinin münasibəti də yumşalır.

Bizim.Media Modern.az- a istinadən Ədliyyə Nazirliyinin rəsmi statistikasını diqqətinizə çatdırır: 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah bağlanıb. 2024-cü ildə isə Azərbaycan vətəndaşları ilə əcnəbilərin 2037 nikahı qeydə alınıb. Göründüyü kimi, statistikada xeyli artım gözə çarpır.

Araşdırmalar göstərir ki, əcnəbilərlə qohum olan azərbaycanlılar arasında tanınmışlar da az deyil. Faktlar da bunu təsdiqləyir:



Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlüyün toyu 2019-cu ildə olub. Gənclər toy mərasimini Nyu-York şəhərində keçiriblər.



Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qeyri-azərbaycanlı ilə quda olan tanınmışlar sırasında yer alır. Bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib.

Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavini ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib.

Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.



Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan tanınmış məmurlar sırasına daxildir. Musa Pənahov 2004-2017-ci illərdə nəqliyyat nazirinin müavini işləyib.
 

Musa Pənahov Moldova  kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.


Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə - 2011-ci ilin iyununda gerçəkləşib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın zəngin adamlarından olan Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat yayılmışdı.



Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qızı Nərgiz Abbaszadə də əcnəbi vətəndaşla ailəlidir. O, Bakıda Xəzər Universitetini bitirəndən sonra ABŞ-da hüquq təhsili alıb, ölkə xaricində işləyib.

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda Birk-Petersen soyadı daşıyır. O, hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır və Danimarka vətəndaşıdır. 



2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri işləmiş mərhum Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya vətəndaşı ilə evli olub. Rusiyada oxuyub işləyən Nərmin Şirəliyeva 1997-ci ildə məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub. 1999-cu ildə ailədə Aleksandr adlı oğlan dünyaya gəlib. Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.
 

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. O, 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib. N.Şirəliyeva hazırda Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.


Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur. 



Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də əcnəbilərlə qohum olub. Ə.Qarayev 2006-2020-ci illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Onun yeganə övladı – qızı Suad Qarayeva hazırda Londonda yaşayır və bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. 

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib. 2019-cu ildə cütlüyün bir qızı dünyaya gəlib.



“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov 2017-ci ildə qızı Mila Əsgərovaya toy edib. Toy mərasimi Bakıda baş tutub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.  Mila Əsgərova "Gazelli Art House” şirkətinin təsisçisi və rəhbəridir. 

Cahangir Əsgərovun digər övladı da xarici vətəndaşla evlidir. AZAL-ın sabiq rəhbərinin Cəmilə Əsgərova adlı qızı “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun həyat yoldaşı ispan əsilli İgnazio Coraci adlı iş adamıdır.



Azərbaycanın opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylora ərə gedib. Onlar 2003-cü ildə ailə qurublar. Bakıda yaşayan cütlüyün 1 qızı, 2 oğlu var. Fidan Hacıyeva hər açıqlamasında Filipp Neylorla xoşbəxt olduğunu vurğulayır.

Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir.



Alman əsilli kubalı müğənni Karen Dangerlə evlənən azərbaycanlı da tanınmış simalar sırasına daxil edilə bilər. Söhbət panoçu-bəstəkar Abuzər Manafzadədən gedir.

Abuzər Manafzadənin atası pianoçu və dirijor, Əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Bacısı isə Əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Abuzərin həyat yoldaşı Karen xanım Almaniya vətəndaşıdır. Cütlük Avstriyada yaşayır.



Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Türkiyə vətəndaşı olan məşhur müğənni Doğulşa ailə qurub. Onlar 2014-cü ildə evləniblər. 2016-cı ildə cütlüyün Arın və Arda adlı əkizləri övladları dünyaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

End of content

No more pages to load

RADİO