Mehriban Xanlarova qızından imtina etmə səbəbini AÇIQLADI - VİDEO

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü qızı Aysel Xanlarovadan imtina etmə səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial media hesablarında məlumat yayıb. 

Xanlarova deyib ki, qızının müğənniliyə başlamasını dəstəkləmir:

"Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonların qarşısında, 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var... Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq mənim nüfuzuma xələl gətirmək niyyətində olmasıdır... 

Müğənnilik etmək ayıb deyil! 

Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efirləri gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı vardır. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm. 

Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır!

Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiz! 
 

Çünki mən həmin şəxsdən imtina etmişəm! Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəm! Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər! Çünki mən istedadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm! Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız... 


Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür. Lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur. Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək...".


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

End of content

No more pages to load

RADİO