Nazpəri Dostəliyeva: “Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi...”

“Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? 1 il yanımda kimisə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib-gülürəm. Amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib.

O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır:

“Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı.

Dedi özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım qonaqlarımız var. Dedi, o stəkana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (red. - Əlinin oğlu) sənə ümid oluram.

Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır:

Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO