Nadirdən SƏRT İTTİHAMLAR – ““Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm!”

"Mən çıxışımda təkcə dünəndən danışmamışam. Yığılan vulkan idi, partladı. Bu, təkcə indi olmayıb. Korifey dediyimiz insanların dövründə də belə olub. Kimsə brilyant üzük, konfet aldırırdı və ya kimsə böyük məbləğdə pul verirdi ki, "Ay sənətkar, sənə hədiyyə edirəm". O da qarşılığında efirdə həmin şəxsi tərifləyirdi. Bunu tamaşaçı bilməyə bilər. Tamaşaçı hazır məhsulu görür".

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində telefon bağlantısı zamanı deyib. 

Sənətçi ötən gün paylaşdığı videoda heç kimin adını çəkmədiyini bildirib:

"Bir çox insan özünə sənətkar deyib, sözünü düzgün danışmayanda tamaşaçını azdırırlar. Hamı pis oxuyur? Əsla, hamı özünə görə oxuyur. Hər kəsin bir diapazonu və özünə görə nəfəsi, rəngi var. Kimi sənət üçün, kimisi pul üçün oxuyur. Mən də demək istəyirəm ki, insanın mövqeyi, xisləti bir olmalıdır. Kimlərisə pisləyirsən ki, səsi yoxdur, bayağı oxuyur. Sonra da efirə çıxıb həmin insanları tərifləyirsən. Bu mənə çatmır. Mənim yanımda da o insanları təriflə də, niyə pisləyirsən? Mənim yanımda pisləyirsən, kamera qarşısında tərifləyirsən. Bunu necə anlayaq?
 

Hamı sizə sənətkar deyir, amma bilmirlər ki, sənətdən karsınız. Sənətkarın mövqeyi olmalıdır! Səbəbini birmənalı olaraq maddiyyatda görürəm. Sənətkar həm də şəxsiyyət olmalıdır, belə düşünürəm. Mən heç vaxt eşitməmişəm ki, Xalq artisti Flora Kərimova kimdənsə hədiyyə alıb və onunla duet oxuyub, tərifləyib. Onun sözü həmişə bir olub. Tərifləməsə də, üstündən keçəcək.


Ona görə deyirəm ki, bunları yığışdırmaq lazımdır. Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm! Qoy, xalq sizi tanısın, satılmayın. Adam satılmaz, mənliyini, şəxsiyyətini satmaz. Dünəndən mənə Xalq artistləri, sənətkarlar yığıb deyirlər ki, bunu nə yaxşı ki, danışdın. Cavab verirəm ki, siz də deyin də, nə olar ki? Mən ad çəkməmişəm. Kim özünə götürürsə, günah onun özündədir.

Dünənki payalaşımı isə silməyimi xahiş etdilər. Yəqin ki, ünvanına çatan şəxs istəyib. O deyir ki, mənim adımı hallandırırlar. Deməli, günahkarsan ki, adın hallanır".

Qeyd edək ki, Nadir Qafarzadə ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edib. Buna səbəb isə T.Əmrahın "Gün ortası" verilişində "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bu gün onlar elə gözəl səsə malik ifaçılardır ki..." sözlərini deməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

End of content

No more pages to load

RADİO