"Bunu televiziyada özünü pula satan insanlar etdilər" - Sevda Ələkbərzadə

"Mən yazıçı ailəsində anadan olmuşam, gözümü açandan evimizdə çəkilişlər olub və bizi televizorda göstəriblər. Ona görə də efirdə görünmək mənim üçün adi bir haldır".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Pərvizə görə" proqramında danışıb.
 

Sənətçi son illər efirlərdə az-az görünməsinin səbəbini isə belə izah edib: "Son illər televiziyada olanları gördüm və düşündüm ki, bu şeylərə qatılmaq, heç kimin əlində oyuncaq olmaq istəmirəm. Söhbət son 15-20 ildən gedir. Mənə reytinq maraqlı deyil, verilişə çıxım və sabah hamı məndən danışsın. Mən bunun yolçusu deyiləm. Reytinqi az olsun, amma hörmətli olsun. Çünki ən önəmli şey hörmətdir.


İllər öncə "Arazbarı" layihəm işıq üzü görəndə kanallarımızın birindən təklif gəldi ki, onun təqdimatını edək. Mən də razılaşdım. Verilişə gəldim və yanımda bir ifaçı oturub ki, mən onu tanımıram. Neçə ildir səhnədəyəm onu görməmişəm. Azərbaycanda yox, Rusiyada yaşayırmış. Ya rəbbi, bu ifaçını bir təqdim etdilər ki... Mən də atası, anası olmayan bir yetim kimi kənarda oturmuşam və baxıram ki, gələn kimdir. Sonda verilişini o bağlayır və restorandakı adi şanson mahnıları oxuyur. Fikirləşdim ki, mənim burada nə işim var, niyə gəlmişəm? Adi bir iş kimi "Arazbarı" layihəm həmin verilişdə təqdim olunur. Mən anlayıram ki, o proqrama çıxmaq üçün həmin insan külli miqadarda pul ödəyib və efirə mənimlə çıxıb. Amma məni heç etdilər. O insanı birinci və sonuncu dəfə gördüm.

Ondan sonra heç yerdə görməmişəm. Bunu televiziyada özünü pula satan insanlar etdilər. Amma ayıb, insaf deyilən şeylər var. Siz, bunu edəndə utanmadınız? Bunun kimi şeylər var. Bir neçə dəfə olan hadisələrdir ki, başıma gəlib. Sonradan özümə söz verdim ki, bundan sonra belə olacaq. Aparıcılar deyirlər ki, çağırırıq, amma gəlmirlər. Bilin ki, niyə gəlmirik. Mən tək deyiləm, əminəm ki, bu fikirdə olan bir çox sənətkarlar var. Onların da başına bu cür hadisələr gəlib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

End of content

No more pages to load

RADİO