Emma Ələkbərzadə: “Deyirdim ki, bu istilərin axırı zəlzələ ilə nəticələnəcək” - VİDEO  

“Bugünkü gün getsin, bir daha qayıtmasın. Bir daha belə bir bəla ilə rastlaşmayaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elmira Ələkbərzadə (Emma) sosial şəbəkə hesabında yayımladığı videoçıqlamada deyib. 

Sənətçi bildirib ki, zəlzələ anı oğlu David məktəbdə, özü isə küçədə olub: 

“Zəlzələ zamanı mən şəhərdə gəzirdim. Birdən-birə yer ayağımın altından əsməyə başladı. Sözün düzü, elə bildim ki, qan şəkərim düşüb və panikaya düşdüm. Sonra bir anlıq gördüm ki, şəkərim düşməyib. Telefonumda oğlumun valideyn qrupunun mesajını gördüm. O zaman mən panikaya düşdüm. Qaça-qaça övladım Davidin təhsil aldığı 23 saylı məktəbə getdim. Orada direktordan tutmuş müəllimlərə qədər panika və qorxu yaratmadan ibtidai sinif şagirdlərini məktəbin həyətinə çıxarmışdılar. Böyük sinif şagirdləri zəlzələnin olduğunu təbii ki, anlamışdılar.

Məktəbdə basabas və panika yaşanmadı. Mən və başqa valideynlər də gedib öz övladlarını məktəbdən götürdük. Şagirdlər sonradan zəlzələnin olduğunu bilib, oğlum David qarışıq başladılar ağlamağa. Hamımız çalışdıq, uşaqlarımızı sakitləşdirməyə. Sosial şəbəkələrdə məktəblərdə çəkilmiş və panika olan videolara rast gəldim. Bu da normaldır. Çünki hər bir insan öz həyatını fikirləşir. Bizim üçün ən vacib uşaqlarımızın həyatıdır. Şükürlər olsun ki, hər kəs salamatdır. Allah hamımızı fəlakətlərdən qorusun. Bir də belə bir hallarla rastlaşmayaq. Özünüzü və ailənizi qoruyun”. 

Emmanın sözlərinə görə, zəlzələyə səbəb noyabr və dekabr aylarında müşahidə olunan anomal istilər olub: 

“Noyabr və dekabr aylarında müşahidə edilən anomal isti hava ilə bağlı deyirdim ki, bu, normal hal deyil. Çox insan isə mənə gülüb deyirdi ki, sənin istiyə dözümün yoxdur. Ona görə belə sözlər deyirsən. Amma mən deyirdim ki, bu istilərin axırı zəlzələ ilə nəticələnəcək. Payızda payız, qışda isə qış havası olmalıdır. Bir daha deyirəm, keçmiş olsun”. 

Qeyd edək ki, bu gün səhər saat 08:15-də Bakıda 12 ballıq Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO