Xaçmaz şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Ziya Bünyadov küçəsində qeydə alınıb.
Məlumata görə, “Wolf” və “Lada 015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, yaralıların Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Faktın araşdırılmasına başlanılıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.