“ABŞ müharibəni həqiqətən dayandırmaq istəyir lakin Rusiya Prezidenti Vladimir Putinin daim yeni şərtlər irəli sürür”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində danışıb.
“Putin sizin nəyisə dəstəkləyə biləcəyinizi görsə, sizə başqa ideya, başqa məsələlər və yeni şərtlər təklif etməyə çalışacaq. Prezident Tramp aralıq seçkilərə qədər müəyyən uğur əldə etmək istəyir”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Putin danışıqların mümkünsüz hala gəlməsinə qədər vəziyyəti gərginləşdirmək və İrana təzyiq göstərmək üçün əlindən gələni edəcək.
“Problem də bundadır: Putin qərarları verən şəxsin özü olduğunu düşünməyə başlayıb. Halbuki Amerika Rusiyadan yüz dəfə güclüdür. Şübhəsiz. Sadəcə bunu unutmamaq lazımdır”, – deyə Zelenski vurğulayıb.
Bizim.Media