Səidə: "Atam Rafael Dadaşova ağciyər xərçəngi olduğunu deyə bilmədik" - VİDEO

"Atam Rafael Dadaşovun ciyərinə su yığılmışdı. O, xəstəxanaya getmək istəmirdi. Deyirdi ki, “mən yaxşıyam”. Amma bu minvalla onu xəstəxanaya apardıq və ciyərindən su aldılar. Bundan sonra söylədi ki, “necə yüngülləşdim”. Amma atamın ağciyər xərçəngi olduğunu bilmirdik. Analizlərini götürdülər, törəmələri əkdilər, bu xəstəliyinin olduğunu biləndən sonra biz ona xərçəng olduğunu deyə bilmədik. Çünki artıq gec idi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "AStar" layihəsinə müsahibəsində deyib.

Atası mərhum Xalq artisti və "Şöhrət" ordenli Rafael Dadaşovun ağciyər xərçəngindən əziyyət çəkdiyini söyləyən sənətçi xəstəliklə apardıqları mücadilənin pərdəarxası məqamlarından bəhs edib:

"Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov bizimlə əlaqə saxladı və biz Nüvə Tibb Mərkəzinə yollandıq. Atam orada müayinə olundu. Analizin nəticələri çıxandan sonra Hacı Nuran söylədi ki, “Rafael müəllimi Heydər Əliyev Fondunun dəstəyi ilə "Live Bona Dea" klinikasına yatızdıraq”. Atam həmin klinikaya getməyə tərəddüd etdi. Söylədi ki, “artıq xəstəxanaya getməkdən və orada yatmaqdan yorulmuşam”. Ona söylədik ki, biz ən son şansımıza qədər bunları sənin üçün etməliyik. Klinikanın ödənişlərinin hamısını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Atam orada kimyaterapiyalar alsa da, bu xəstəlikdən xilas ola bilmədi. Çünki xəstəliyi orqanizmində çox şaxələnmişdi. Bədxasisəli törəmələr orqanizminə yayılmışdı. Bundan sonra o, yatağa düşdü. Ondan bir çox telekanallar müsahibələr istədilər. Lakin o hamısına rədd cavabı verdi. Çünki, atam istəmirdi ki, onu kimsə bu halda və vəziyyətdə görsün. O “hər zaman şux və qamətli şəkildə insanların yaddaşında qalmışamsa elə də qalmaq istəyirəm”, deyirdi. Bir sözlə, atam bütün müsahibələrdən və çəkilişlərdən imtina elədi. Söylədi ki, “məndən əl çəksinlər..."

Səidə bildirib ki, valideyni vəfatından əvvəl dövlət tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmuşdu:

"Bir az oturaq vəziyyətdə qala bilirdi. Elə o ərəfələrdə dövlət başçımız tərəfindən "Şöhrət" ordeni ilə təltif olundu. Ordeni vermək üçün müəyyən qurumda çalışan şəxslər evə gəldilər. Ona sual verdilər ki, “Rafael müəllim ürəyiniz nə istəyir bu dəqiqə deyin, onu sizin üçün edək…” O, özü ilə bağlı heç nə istəmədiyini bildirdi. Atam artıq sanki bilirdi ki, bu, sondur. Atam söylədi ki, “mənim sadəcə qızım Səidənin layiqli yerdə olmağını görmək istəyirəm. Allah mənə o günü göstərsin ki, qızım Səidə fəxri adla mükafatlandırılsın”. Amma təəssüflər olsun ki, buna ömür fəda etmədi".

Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da vəfat edib.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO