Rühəngiz efirdə QƏZƏBLƏNDİ: “Əl çəkin məndən, qarışqayam, Allah məni belə yaradıb” - VİDEO

“Gənc ifaçılar deyirlər ki, böyüklər bizə yol vermir. Mən çox o gənc ifaçıların əlindən tutmuşam. Geyiminə, toya qədər... Hətta ciblərinə pul da qoymuşam. Bu gün gündəmdə olan ifaçılar işləyib, pul qazansınlar. Təki kiməsə möhtac olmasınlar. Düz yolla gedib pul qazanırlarsa halal xoşları olsun. Elə ifaçılar da var ki, onlar istəsələr muğam da, bəstəkar mahnıları da oxuya bilərlər. Mənim istədiyim odur ki, onlar bəstəkar mahnılarına müraciət etsinlər. Hər ifaçının öz sevəni var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi aldığı yeni evindən söz açıb: 

“İllər əvvəl çox ucuz qiymətə torpaq sahəsi almışdım. Brilliantlarım oğurlandı getdi. Torpaq sahəmi qəpik-quruşa satdım. O torpağın indi qiyməti çox bahadır. Bu dəqiqə həmin torpağın yerini desəm şok olar. Oradan mənə 170 min pul qalıb. O pula da mən Binəqədidə hazır tikilmiş həyət evi aldım. O evin qiyməti 190 min idi. Aktrisamız Kübra Əliyeva mənim üçün danışdı. Mənə endirim etdi. Mənə hədiyyə verilən zinət əşyalarımı satdım, ustalara verdim və evin aşağı mərtəbəsini təmir etdirdim. O puldan da yarısını övladıma verdim. O da özünə yeni ev aldı. Mənim bir evim də Xətai ərazisindədir”. 

Müğənni bildirib ki, onun “lombard”a hazırda 15 min manat borcu var: 

“Nəyim var idi əlimdə hamısını xərclədim. Hələ üstəlik “lombard”ım da var. Yəni ora borcum da var. Borcum isə 15 mindir. Mən heç kimə ağlayıb demirəm ki, gətirin mənə pul verin. Səkkiz yaşımdan işləyib bu günə kimi zəhmətlə gəlmişəm. Mənə heç kəs, nə kişi, nə dəki qadın zəng vurub deyə bilməz ki, bu sırğanı və ya bu paltarı sənə mən almışam. Rəfiqələrim, dostlarım mənə ad günümdə nələrsə hədiyyə edə bilər, o ayrı məsələ. Amma belə əlavə kimsə məni yedizdirsin, geyindirsin deyə bilməz”. 

Rühəngiz sosial şəbəkədə onu efirə çıxıb güzgü satmasını lağ edənlərə üsyan edib: 

“Heç kimin ixtiyarı yoxdur desin ki, Rühəngiz efirə çıxıb güzgü satır. Bu əlimin zəhmətidir. Geyinirsən bir ayıb, soyunursan bir ayıb, başını bağlayırsan bir ayıb, açırsan bir ayıb. Bu millət axı nə istəyir? Mən 50 ildir ki, bu səhnədə və sənətdə ayaq döymüşəm. Elə şəxslər var ki, onlar özləri də özlərinə ev alıblar hələ üstəlik dövlət də onlara ev hədiyyə verib. İkiotaqlı bir evim vardı. Orada isə 3 övladım, mən və həyat yoldaşım yaşayırdı. Mənim səhnə paltarlarım çox yer tuturdu. Yazırdılar ki, camaat harada yatır, sən isə paltarlarının dərdini çəkirsən. Mən sənət adamıyam və geyimlərimə yer lazımdır. Bu dəqiqə mən kirayədə qalıram, köçə-köçdəyəm. İnanırsınız, ancaq zənbillərdə geyimlərimdir.  Deyirlər ki, utanmır verilişə bu geyimlə çıxır.

Sizin qədər zövqüm yoxdur?

Əlcəyi də, geyimi də, şlyapanı da, xınayaxdıları da gündəmə gətirib, dəb salan Rühəngiz Allahverdiyeva olub. Mənə sağol deyin ki, siz pul qazanırsınız. Mağazalar açmısınız... Mən bu güzgüləri zəhmətlə düzəldirəm. Elə vəzifəli şəxslər var ki, onların mağazaları var. Belə çıxır ki, onlara olar, amma mənə yox? Mən zəhmətimi satıram. Başqa şey satan yoxdur. Axı siz məndən nə istəyirsiniz. İstəyirsiniz ki, sözümü efirdən deyim və sizə xoş olsun? Əl çəkin məndən”.  

Əməkdar artist onu xarici görünüşünə görə məsxərəyə qoyanlara da sərt mesajlar ünvanlayıb:

“Yazırlar ki, “zırrayıb üzünə”. Sən nə “zırramısan ki” o boyda qol yığmısan özünə. Bu sözlərim hamıya aid deyil. İnsan var ki, kokteyl hazırlayıb, içir. Sən gedib kimyəvi şeyləri “zırrayırsan”... Get bundan danış... Sənin axı mənimlə nə işin var? Get öz ailəndən, bacından, anandan danış... Deyirlər ki, yaşlandıqca “kaftara” oxşayırsan. Siz yaşlı ananıza “kaftar” deyirsiniz? Valideyn müqəddəsdir. Mən sizə hansı ədəbsizliyi, hörmətsizliyi etmişəm? Toyda körpə uşağın da burnunu silirəm. Deyirlər ki, ofisiantın xətrinə dəymisiniz. Bir ofisiantın belə qəlbinə dəyməmişəm. Əksinə onlar məni görəndə ətəyimdən tuturlar və mənə can deyirlər. Bilmədiyiniz şeylər haqqında danışmayın, yazmayın. Əl çəkin məndən. Mən qarışqayam, Allah məni belə yaradıb”.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO