Vergi borcunu ödəyən Şakira HƏBS OLUNMAYACAQ 

Dünya pop səhnəsinin ulduzu Şakira İspaniyada vergidən yayınma işi ilə bağlı razılığa gəlib. 

Bizim.Media “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, sənətçi istintaqla sövdələşib. 

Bu sövdələşmə üç il həbsi nəzərdə tutsa da, müddət 7,3 milyon avro (təxminən 13,2 milyona manat) cərimə ilə əvəz olunacaq. Məhkəmə iclası cəmi beş dəqiqə çəkib. 

Xatırladaq ki, əvvəllər Şakiranı 8 il həbs və 23,8 milyon avro (təxminən 43,2 milyon manat) cərimə ilə hədələyiblər. Belə ki, müstəntiqlərin fikrincə, Şakira Barselonada yaşadığı 2012-2014-cü illərdə 14,5 milyon avro (təxminən 26,3 milyon manat) vergi ödəməyib. İttiham tərəfinin fikrincə, müğənni pulu “Shell” şirkətlər vasitəsilə çıxarıb. 

“Mən bu ədalətsizliyə qarşı sona qədər mübarizə aparanlara böyük heyranam, lakin mənim üçün bugünkü qələbə uşaqlarım və karyeram üçün vaxtı geri qaytarmaqdır”, - deyə Şakira vurğulayıb. 

Qeyd edək ki, pop ulduz daha əvvəl vergi orqanlarını onun imicini ləkələmək və onu İspaniyadakı digər vergidən yayınanlara nümunə etmək üçün kampaniya aparmaqda ittiham edib. 

“Bunlar yalan ittihamlardır. Birincisi, mən o vaxt İspaniyada ilin 183 gününü keçirməmişəm. Dünyanın hər yerində peşəkar öhdəliklərimi yerinə yetirməklə məşğul idim. İkincisi, onlar iddia qaldırmazdan əvvəl də borcum olduğunu iddia etdikləri hər şeyi ödəmişəm. Deməli, bu gün mənim onlara heç bir borcum yoxdur. İspan vergi orqanları mənim İspaniya vətəndaşı ilə görüşdüyümü gördülər və ağızları sulandı. Nə olursa olsun, bu pulu istədikləri aydındır”, - deyə pop ulduz bildirib. 
Qeyd edək ki, Şakira keçən yay Jerar Pike ilə 12 illik münasibətdən sonra futbolçunun xəyanəti səbəbindən ayrılıb. Daha sonra xarici mətbuat Pikenin müğənnini aldatdığı 23 yaşlı Klara Çia ilə görüşdüyünü yazıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO