Mətanət Əsədova sevgilisindən DANIŞDI: “Ürəyimi “çürüdüb”" 

“Sevdiyim şəxslə bir yerdə olanda mahnı oxumuram. O, ifamdan çox özümü istəyir. Mən də onun ürəyini və insanlığını çox istəyirəm. Onun gözəl ürəyi var. Bilmirəm, sabah nə olacaq. Bir saatdan sonra heç nəyə etibarım yoxdur. Sabah nə olacaq, onu bir Allah bilir. İndi isə belədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi adını, şəxsiyyətini gizli saxladığı və hazırda münasibətdə olduğu sevgilisindən bəhs edib. Mətanət həmin şəxslə hələ ki münasibətlərini rəsmiləşdirmədiyini bildirib: 

“Biz ailə qurmamışıq. Münasibətimizi rəsmiləşdirməyimiz haqqında heç nə bilmirəm. Onu Allah bilir. Qərarımı çoxdan vermişəm ki, onun yanındayam. Qalan şeyləri isə sevdiyim şəxs bilər. Onun çox “tünd” xasiyyəti var. Bu insanın xasiyyəti dəhşətdir... O deyən olmalıdır... Mənim kimi azad, sözünü deyən, yumruğunu masanın üzərinə vuran bir insan onun yanında əriyib. Ona söz demək mümkün deyil. Hər insan kənardan anlamaz ki, sevdiyim şəxs nə istəyir. Ürəyimi çürüdüb (gülür). Amma ona bu ürəyim halal xoşu olsun”. 

Sevdiyi şəxslə toy etməyəcəyini söyləyən Əsədova iki gözünə belə onu qısqandığını dilə gətirib: 

“Nə toy? Toy olmayacaq. Toy bir dəfə həyatımda oldu, bitdi. Sevdiyim şəxs kiçik bir sərbəstlik versə, dünyaları bilirsən nə edərəm. Elə bir məclis edərəm ki, hamı ondan danışar. Amma mən tək deyiləm, bunu edə bilmirəm. Axı mən nə edə bilərəm, Ağabala (gülür). Mən onu iki gözümə belə qısqanıram. Onun şəklini heç zaman heç yerdə paylaşmaram. O həddən artıq qısqancdır. Hətta mənim qısqanclığıma da inanmır və söyləyir ki, rol oynayırsan. Bu gözdən şirin nə var ki... Onu bir gözümdən digər gözümə qısqanıram”. 

Mətanət sevgilisindən gördüyü diqqəti heç kimdən görmədiyini bildirib: 

“Allahın mənə ən böyük hədiyyəsi odur ki, onu mənə bağışlayıb. Ondan heç bir hədiyyə gözləmirəm. Heç bir gülünü belə gözləmirəm. Ondan gördüyüm özümə qarşı diqqəti hələ heç zaman başqa bir insandan görməmişəm. Mənim buna qarşılığım isə yalnız dürüst sevgimdir”. 
Qeyd edək ki, Mətanət Əsədova bir neçə gün əvvəl ana olacağını açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO