Başqa qadınla dini nikahının olduğu iddia edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTO 

Xəbər verdiyimiz kimi, ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.   

Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.  

Sənəddə yazılır:

"Keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi  həyatın toxunulmazlığını tənzimləyən “Fərdi Məlumatların Qorunması Qanunu”nun pozuntusudur və cinayət təşkil edir.  

Müvəkkilim Doğuşun evlilik həyatı onun özəlidir və burada  məsul olduğu tək insan sevdiyi və hörmət etdiyi , eyni zamanda övladlarının anası olan həyat yoldaşıdır. 
Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.  

Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik".

Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO