Röyanın konsertində başına gələnlər: “Robot sındı, libası zədələndi, xəsarət aldı” - FOTO/VİDEO

Üç gün yəni sentyabırın 1,2 və 3-də peşəkar musiqiçilərin və rəqqasların müşayiəti ilə Konqres Mərkəzdə canlı solo konsert proqramı ilə çıxış edən Xalq artisti Röya Ayxanın səhnə perfomansı sosial mediada müzakirə predmetinə çevrilib.  

Bizim.Media xəbər verir ki, musiqili gecənin bədii rejissoru Ranar Musayev sosial şəbəkə hesabında konsert ətrafında gəzib-dolaşan bir neçə məqamlara aydınlıq gətirib. 

Ranarın sözlərinə görə, Röya səhnəyə “Terminator” kimi çıxıb. Bu görüntünü əldə etmək üçün isə heyət mərkəzin divarını sökmək məcburiyyətində qalıb. 


Şounun marağını artırmaq üçün xaricdən gətirilən “Kuka” adlı robot heyətə və estrada ulduzuna kifayət qədər çətinlik və problem yaradıb.

Belə ki, Röya robotun üzərində duraraq iki mahnı ifa etməli imiş. Lakin robotun beyni sıradan çıxdığı üçün müğənni daha iki mahnını texnikanın üstündə səsləndirməli olub. Növbəti iki gündə ssenarini dəyişib, elə də saxlayıblar. 


Növbəti diqqət çəkən səhnə isə rəqqasın royal maketin üzərinə tullanması olub. Bunun üçün isə dörd ayrı-ayrılıqda hazırlanan royal olub. Həmin musiqi alətinin dekorunun biri məşqdə, qalan üçü isə konsertdə istifadə olunub. Ranar xüsusi ilə olaraq bildirib ki, royalın dünya ulduzu Cennifer Lopezlə heç bir adiyyatı yoxdur.  


Konsertdə uğursuz anlar da yaşanıb. Belə ki, tamaşaçıların musiqili gecəsinin ilk günündə Röyanın üstünə qaçaraq hücüm etməsi günlərdir əziyyətlə hazırlanan daha bir önəmli səhnə dekorunun sıradan çıxmasına səbəb olub. Söhbət isə səhnədə başlayıb, zalın sonunda bitən, 100 metrlik, işıqlı libasdan gedir. Həmin libas yararsız vəziyyətə düşdüyündən konsertin növbəti iki günündə istifadə olunmayıb.  


Repertuarında hit olan “Evlisən” bəstəsini tamaşaçılara daha canlı şəkildə çatdırılması üçün maraqlı səhnə düzənlənib.

Belə ki, fırlanan dairəvi masa ətrafında Röya bir bəylə üzbəüz oturaraq əllərində tutduqları qədəhləri bir-birinə vurublar. Həmin bəyin öncədən aparıcı Şəhriyar Əbilovun olacağı düşünülsə də, daha sonra onu rəqqas əvəz etməli olub. Səbəb isə, Şəhriyarın artıq evli olmaması,  o azad baxışlarının rola manə olması olub. Bir digər səbəb Əbilovun Röya ilə dost olması və bu səhnəni canlandıran zamanı müğənnini gülmək tutması olardı.  


Diqqət çəkən daha bir səhnə motosikletlin iştirakı ilə olub. İdeyaya görə, Röyanın ifası zamanı peşəkar akrobat səhnəyə sözügedən nəqliyyat vasitəsini sürərək daxil olmalı imiş.

Lakin səhnədə digər dekorların çox yer tutması bu fikri reallaşdırmağa manə olub. Beləcə bu səhnə yarımçıq gerçəkləşib.  


Konsert təkcə heyətə deyil, eyni zamanda Röyanın səhhətinə də ciddi ziyan vurub. Belə ki, kulis arxasında çalışan heyətin bir neçə üzvü əlini, ayağını sındırıb, müğənni özü də bədən xəsarətləri alıb. 


 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

Trampın adı o mərkəzdən gecəykən söküldü

Trampın adı o mərkəzdən gecəykən söküldü

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

End of content

No more pages to load

RADİO