Gövhər Həsənzadə: "Bayağı mahnıların çoxalmasına səbəb laqeydliyimizdir” - VİDEOMÜSAHİBƏ

“Bayağı müğənnilər və qulaq zövqümüzü korlayan bayağı mahnılar musiqi mədəniyyətimizə ləkə gətirir”, - desək heç də yanılmarıq. Onların əlindən təngə gələn təkcə tamaşaçılar, dinləyicilər deyil, eyni zamanda bəstəkarlardır.  

Bizim.Media-nın əməkdaşı sözügedən mövzuda Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə həmsöhbət olub.  

- Gövhər xanım, sizcə, bayağı mahnıların populyarlaşmasında günahkar kimdir? 

- Zövqümüzü və qulaqlarımızı korlayan bayağı mahnıların populyarlaşmasında günahkar özümüzük. Nə yaxşıdır, kimsə bir iş görür, səhv olanda da atır başqasının üstünə. Biz sənətin, musiqinin təqdimatını bu cür qeyri-peşəkarlara, işbilməzlərə həvalə edərək, öz musiqimizdən uzaqlaşaraq, bütün yad nə varsa, bizim sənətin içərisinə daxil olmasına laqeydliklə şans yaratdıq. Bu isə çox uzun müddətdə baş verdi. Bu böyük bir tarixi səhvdir. 
Qazanc mənəviyyatı, şəxsiyyəti üstələməməlidir. Belə mahnılara bayağı deyirlər. Amma mən bu sözü heç sevmirəm. Qeyri-peşəkar tərəfindən bəstələnən və ya müəllifi bəlli olmayan mahnılar olub ki, onlar da dillər əzbəri olub.

Dillərdə əzbər ola-ola biraz da formalaşıb, sadələşib və rahatlıqla qulaqlara yatıb. Bu kütləvi mahnılar qoy olsun, olmalıdır da... Amma burada Azərbaycan musiqisindən söhbət gedir. Biri də var ki, səslənən Azərbaycan musiqisindən başqa hər şeydir. 



- Verilişlər bayağılığı reklam etmək üçün sanki bir-biri ilə yarışa giriblər. Onların qarşısına niyə sədd çəkilmir?  

- O zövqün sahibi olan (bayağı müğənnilər və mahnıları sevən – red.) iş adamları müəyyən ödəniş edərək reklamlarını tamaşaçıların sevmədiyi, nifrət etdiyi, ayıb bildiyi, utandığı verilişlərdə yayımlayır və sponsorluq edirlər.

Məqsəd isə o verilişlərdə Azərbaycana aid olmayan hər şey olsun, millət də oturub onlara baxıb, görsün ki, kim-kimi döydü, təhqir etdi. Və verilişdə yerləşdirdiyi məhsul reklam olunsun. Bu bədbəxtə deyən yoxdur ki, sənin məhsulunu almaq istəyən insan reklam zamanı gedib özünə çay süzür və ya başqa kanala çevirir. Sən reklamlarını ora niyə verirsən? 
Zövqsüzlük iş adamlarından gəlir. Onlara iş adamı da demək istəmirəm. Onlar alverçilərdi. Alverçilər də olub biznesmen. Qardaş, biznesin də öz qanunları, tələbləri var. Kanalda bayağılıqdan kənar, gözəl əsərlərin yer aldığı veriliş yayımlanır. İki gündən sonra baxıb, görürsən ki, həmin veriliş yoxdur.

Soruşanda ki, niyə yoxdur, cavab gəlir ki, sponsor verilişdən imtina etdi və ya sponsor tapmadıq. Bəs, yaxşı bəstələdiyim mahnılar harada səslənsin? Deyirlər ki, Gövhər sərt danışır...

Axı Gövhərin peşəsi var. Mən mahnı, musiqi yazanam. Musiqimi oxuyan müğənni üçün efir məkanında uyğun veriliş yoxdur. Digər verilişlər isə heç mənim kim olduğumu belə bilmir, tanımırlar. 



- Bayağı müğənnilərə mahnı satarsız?  

- Bayağı müğənnilərə mahnılarımı pulsuz verməyə hazıram. Deyirlər ki, bu mahnını oxusaq “tutmaz”. Nə tutmaz? Biz “turşu tuturuq”? Tutmaz nədir? Necə yəni tutmaz? Bəs, bu qədər müğənniyə “vizit kartı”na çevrilən mahnılar vermişəm.

Mənim bədbəxtçiliyimdən, zamanında səhnəyə gətirdiyim, populyar elədiyim insanlar dolanışıq üçün bayağı mahnılar oxumağa məcburdurlar. Onları danışdıranda isə deyirlər ki, verilişlər belə mahnıları bizdən tələb edir.  

Bu imkanı olan və özünü biznesmen kimi qələmə verən insanlar Vətənin sərvəti, mənəviyyatı olan sənətimiz üçün də biraz işlər görsünlər. Biz onlardan pul istəmirik. Oxumağa xaricə ifaçı göndərmək istəyirsən, deyirlər ki, “imkanımız yoxdur”.

Söyləyirsən ki, “bu müğənninin yaxşı səsi var, dəstək verin klip çəkdirsin” cavab verir ki, “pulumuz yoxdur”. Ömrü boyu imkan, pul yoxdur. Sizdən heçnə istəmədik. Onsuz da özümüz öz gücümüzə hər şey edirik. Amma reklam yerləşdirdiyiniz verilişlərə qarşı, heç olmasa, diqqətli olun. Keyfiyyətli ifaçıların yer aldığı verilişləri maliyyələşdirin. Bundan heç kimə ziyan gəlməyəcək. Savabdan başqa heçnə deyil. 
- Sizcə, televiziyalarda yaradılan Bədii Şuralar niyə bayağılığın qarşısını almır? 

- Özümüz deyib, özümüzdə eşidirik. Sözümüzü deyirik, amma cavab olaraq söyləyirlər ki, “veriliş sponsordan aslıdır”. Reytinq, meqastar və s. sözlər dünyada deyilir. Amma Azərbaycana bunların nə adiyyatı var? Hansı reytinqdən söhbət gedir? Hansı aparat onu hesablayır? Nəyi göstərəcəksən, onu da tamaşaçı izləyəcək. 

Radioları qınamaq olmaz. Onların da maddi asıllılığı var. Dönəm budur. İqtisadiyyat var... Biz deyə bilmərik ki qazanmayın, xərcləriniz ödənilməsin, ancaq dediyimizi edin. Onlar ancaq reklam sayəsində fəaliyyət göstərirlər. Reklamlar da belə...

Hələ televiziyada Bədii Şuralar var, yenə efir məkanları bu gündədir. Sabah əgər Bədii Şuraları ləğv etsələr, onda nələr olar, bilmir (gülür). Yenə də, Bədii Şuraların efir məkanında bayağılığın qarşısının alınmasında təsiri var.  
 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Rəmişin qardaşı vəfat etdi – FOTO

Rəmişin qardaşı vəfat etdi – FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

General oğlu vəzifəsindən azad edildi

General oğlu vəzifəsindən azad edildi

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Könül Qasımova yenidən həbs olundu

Könül Qasımova yenidən həbs olundu

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

End of content

No more pages to load

RADİO