Gövhər Rzayeva: "Bir kişi ilə evdə qala bilmərəm, ataram bayıra" - VİDEO

“Əvvəllər efir mahnıları başqa, toyxana mahnıları başqa idi. İndi isə toyxana mahnılarını efirdə də ifa edirlər. Müğənni də neyləsin, kasıbçılığın daşını atmaq istəyir. Pulu toyxana mahnılarından çıxır. Deyirlər ki, birindən pul istəyərsən, versə minnətdir, verməsə zillət. Allahdan istə... Versə nemətdir, verməsə hikmət. Görürsən ki, nəsə var ki, hikmətindən vermir. Ondan da yaxşısını verir ona”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Şou xəbər” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, şou əhli ilə məsafə saxlayır. Səbəbini isə qarmon ustadı belə izah edib: 

“Paxıllıq bilmirəm, qiybəti, dedi-qodunu  xoşlamıram. Allahın üç şeydən xoşu gəlmir: fironluq, şər atmaq, bir də ki, tənə vurmaq. Bunları Allah bağışlamır. Bunları eləsən fırlanıb, başına dəyəcək. Ona görə hamı ilə məsafə saxlayıram. “Salam-sağ ol”. Hamısından da gözəl budur”. 

G.Rzayeva ikinci dəfə ailə qurmaq məsələsinə sərt şəkildə reaksiya verib: 

“Mənim indi ərə gedən vaxtım deyil. Özüm boyda oğlum, kürəkənim, gəlinim, nəvələrim var. Harama yaraşar ərə getmək?! Bir kişi ilə evin içində həyatı boyu qala bilmərəm. Ataram onu bayıra. Sərbəstliyə öyrəşmişəm. Kişi kimi xasiyyətim var. Allah mənə ruzumu versin, canımı sağ eləsin, kişi istəmirəm. Kim istəyir, Allah onlara qismət eləsin”. 
Əməkdar artist fəxri ad olan sənətçilərin şou meydanında “mənəm-mənəmlik” etməsini “burunlarından gətirib”: 

“Mən bu sənətdə öz sözümü demişəm. Bundan sonra nə etməliyəm ki? Kimə toyxanada çıxış etdiyinə görə orden, medal veriblər?  Əməkdar və Xalq artisti fəxri adı olan sənətçilər tez-tez bunu gözə soxurlar.

Sən həyatda adi adamsan, səhnədə Əməkdar, Xalq artistisən. Özünü insan kimi apar. İnsanlığını Allah əlindən almasın. Neynirəm səni mən... Lap istəyirsən, başına tac qoy. Əgər sənin insanlığın yoxdursa, apar qaytar...”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

End of content

No more pages to load

RADİO