Çörək oğruları

Son bir neçə aydır ki, ölkəmizdə ərzaq oğurluğu hallarının sürətlə artması müşahidə edilməkdədir. Əvvəllər ümumiyyətlə rast gəlinməyən və ya nadir hallarda baş verən bu hal, bu gün çoxsaylı Azərbaycan reallıqlarından birinə çevrilməkdə, bir növ tendensiya xarakteri almaqdadır.  Xüsusilə də cari ilin 16 aprel tarixində Bakıda Xəzər rayonunun Şağan qəsəbə sakini olan iki qadının mağazadan ərzaq oğurlayarkən həbsi ilə bağlı DİN-nin yaydığı məlumat vəziyyətin hər cür təxmin və ehtimaldan daha təhlükəli olduğunu göstərir.

Artıq heç kəsə sirr deyil ki, yalnız ərzaq oğurluğu hallarının deyil, silahlı basqın və cinayətlərin sayının artmasında ölkədəki iqtisadi-sosial vəziyyətin ağırlaşması amilli mühüm rol oynayır. Ərzaq oğurluğu hallarının tədricən kütləviləşməyə doğru getməsi isə bilavasitə xalqın maddi-sosial durumunun sürətlə ağırlaşdığının bariz nümunəsi hesab oluna bilər. Çünki yalnız ac insan, alıcılıq qabiliyyətindən məhrum insan ərzaq mağazasından oğurluğa cəhd edər.

Ölkədəki ərzaq oğurluğu ilə bağlı baş verən olaylar fonunda ən çox ürəkağrıdan mənzərə isə artıq ölkə qadınlarının da qapılarını döyən səfalətdən müvəqqəti də olsa yaxa qurtarmaq üçün ərzaq oğurluğuna əl atmasıdır.

Bəli, ölkə rəsmilərinin verdiyi açıqlamalara inansaq, biz iqtisadi inkişafına görə analoqu olmayan, Avropanın enerji təhlükəsizliyini təmin edən, qlobal miqyasda üzərinə böyük missiyalar götürən və bu missiyaları nümunəvi şəkildə yerinə yetirən dövlətik. Biz o qədər qüdrətli dövlətik ki, hətta əsən küləyin iqtiqamətini, yağan yağışın miqdarını da biz müəyyən edirik. Lakin nə sirdirsə, bizim nə analoqsuz iqtisadi inkişafımız, nə təbiətə hökm edən qüdrətimiz öz sakinlərimizin ac qarnını doyurmağa kiafyət etmir. Biz öz neft-qaz sərvətimiz, qara kürü ehtiyatımızla Avropa xalqlarının krallara layiq həyatına rəng qatsaq da, vətəndaşlarımız hədsiz yoxsulluq və aclıq səbəbi ilə marker və mağazalarda oğurluq etmək üçün fürsət gözləməkdədir. Bu gün sadə vətəndaşların hamısı potensial çörək oğrusuna çevrilməkdədir. Kütləvi işsizlik, dövlət rəsmiləri səviyyəsində müşahidə edilən soyğunçuluq, vətəndaş taleyinə olan laqeyd və qəddar münasibət insanların namuslu yolla pul qazanmaq, şərəflə yaşamaq imkanını əlindən alıb. Hakimiyyətin yürütdüyü anti-xalq siyasətinin amansızlığı, siyasi elitanın misli görünməmiş tamahkarlığı və görməmişliyi bu gün ən namuslu, ən dürüst insanı da öz dünyasına xəyanət etmək, öz prinsip və əxlaqına arxa çevirməyə vadar edir. Bu vaxta qədər bütün dünyada namus, ismət, əxlaq simvolu olan Azərbaycan qadını özünün və ailəsinin yaşamını təmin etmək üçün oğurluğa bir dolanışıq vasitəsi kimi baxmaq, halalına haram qatmaq məcburiyyətindədir.

Bu, bir xalqın üzləşə biləcəyi ən böyük fəlakət, ən dəhşətli özünəqəsddir. Bu, bir ölkənin öz namusuna, öz şərəfinə ləkə yaxmasıdır ki, ləyaqətli bir xalqın bu ləkə ilə yaşaması mümkün deyil.

Bütün bunlar mövcud idarəetmə sistemin xalqın sadəcə varını, pulunu, halal zəhmətinin nəticəsini deyil,  həm də mənəvi dünyasını, dəyərlərini əlindən aldığını göstərir. Bu isə Azərbaycan üçün Qarabağ itkisindən daha böyük, daha ağır, daha qəbuledilməz bir itkidir.

Biz bəlkə də günü sabah özümüzdə təpər tapıb Qarabağı geri qaytara, öz ərazi bütövlüyümüzü təmin edə bilərik. Lakin dünya durduqca namusumuza, qeyrətimizə vurulan bu ləkəni silə, yenidən paklaşa, məsumlaşa bilmərik.

Odur ki, mövcud idarəetmə sisteminin başında dayanan, ona yön verən şəxslərin damaralarında az da olsa türk qanı axırsa bütöv bir xalqı oğruya, cinayətkara çevirməkdən imtina etməli, Azərbaycan qadınını bir oğru, bir suçlu kimi yaşamaq faciəsini önləməlidir. Əks təqdirdə, bu qorxunc gedişat bizim bir xalq, bir millət kimi sonumuz demək olacaq və bəlkə də bu sonluq artıq başlayıb.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

“Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident

“Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident

Türkiyədə silahlı hücumda ölənlərin sayı artdı – DETALLAR – FOTO/VİDEO

Türkiyədə silahlı hücumda ölənlərin sayı artdı – DETALLAR – FOTO/VİDEO

Rusiya, İran və Kuba ABŞ-a qarşı güclənib - Vaşinqtonun böyük səhvi...

Rusiya, İran və Kuba ABŞ-a qarşı güclənib - Vaşinqtonun böyük səhvi...

Britaniyada keçirilən atçılıq şousunda bədbəxt HADİSƏ: qadın hərbçi həlak oldu

Britaniyada keçirilən atçılıq şousunda bədbəxt HADİSƏ: qadın hərbçi həlak oldu

Son sutkada daha 32 livanlı öldürüldü - İsrailin hücumları...

Son sutkada daha 32 livanlı öldürüldü - İsrailin hücumları...

ABŞ-də hantavirusdan ölüm halı baş verib

ABŞ-də hantavirusdan ölüm halı baş verib

Seçildiyi gündən bəri görünməyən Xameneinin son vəziyyəti AÇIQLANDI

Seçildiyi gündən bəri görünməyən Xameneinin son vəziyyəti AÇIQLANDI

Azərbaycanlı aktrisanın paylaşımı MÜZAKİRƏ YARATDI: “Ana, mən kriminalam” - VİDEO

Azərbaycanlı aktrisanın paylaşımı MÜZAKİRƏ YARATDI: “Ana, mən kriminalam” - VİDEO

SON DƏQİQƏ: AZAL Naxçıvana uçuşları LƏĞV ETDİ

SON DƏQİQƏ: AZAL Naxçıvana uçuşları LƏĞV ETDİ

WUF13 çərçivəsində Hindistan pavilyonu açılıb - FOTO

WUF13 çərçivəsində Hindistan pavilyonu açılıb - FOTO

Dördüncü dəfə ana olacaq

Dördüncü dəfə ana olacaq

Hantavirusa qarşı təcili peyvənd hazırlanır

Hantavirusa qarşı təcili peyvənd hazırlanır

"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

Bakıda sürücü qəsdən piyadanı və azyaşlını islatdı - VİDEO

Bakıda sürücü qəsdən piyadanı və azyaşlını islatdı - VİDEO

Azərbaycanda kursant vəfat etdi - FOTO

Azərbaycanda kursant vəfat etdi - FOTO

Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Deputatlar Tacikistana gedirlər

Deputatlar Tacikistana gedirlər

Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

WUF13-ün ikinci günündən YADDA QALANLAR - FOTOREPORTAJ

WUF13-ün ikinci günündən YADDA QALANLAR - FOTOREPORTAJ

End of content

No more pages to load

RADİO