Adamlığın libası olmur...

Prezidentin məmurlara yönəlik xəbərdarlıq və tövsiyyələri, onları harınlıqda, vətəndaşları incitməkdə, ümumxalq maraqlarına, qanunvericiliyə zidd addımlar atmqda ittiham etməsi fonunda iqtidardakı əksər qüvvələr ciddi təbliğat kampaniyasına start verib. Bu kampaniyanın gedişində prezidentin məmurlarla bağlı tənqidi bəyanatlarını əsas gətirən ayrı-ayrı millət vəkilləri, hökumət təmsilçiləri, politoloqlar məmurları ümumi şəkildə və ya konkret adlar, soyadlar çəkməklə tənqid edir ki, bununla da ölkə başçısının fikirləri ilə həmrəy olduqlarını nümayiş etdirməyə çalışırlar. Onların bəzisi isə mövcud situasiyandan şəxsi maraqları konteksində narazı qaldığı hansısa məmuru “vurmaq”x9d, onu mənfi mənada gündəmə gətirmək üçün istifadə edir ki, bu da prezidentin tənqid etdiyi fürsətçilliyin başqa bir növü- siyasi fürsətcillikdir.

Anti-məmur xorunun digər bir özəlliyi isə bu kampaniya gedişində bəzi şəxslərin düşüncə tərzinin, qiymətləndirmə meyarının üzə çıxması, bəzən bu düşüncə tərzinin ciddi təəccüb və təəssüf doğurması ilə bağlıdır. Bu qəbildən olan fikirlərdən biri bugünlərdə məmurlara qarşı silsilə bəyanatlarla çıxış edən hörmətli millət vəkili Fəzail İbrahimliyə məxsusdur. Belə ki, millət vəkili harınlamış məmurları tənqid edərkən onları prezidentin etimadından sui-istifadə etməkqdə ittiham edərək deyir: “Prezident onları nimdaş kostyumdan çıxarıb, adam edib”x9d.

Bəli, bu gün bahalı kostyumlar, parıldayan ayaqqabılar geyən, dəyəri yüz minlərlə hesablanan avtomobillərdə gəzən, milyonluq villalarda yaşayan bir çox məmurun bu mərtəbəyə nimdaş kostyumla gəldiyi bir həqiqətdir. Bu məsələdə hörmətli millət vəkilinə haqq verməmək olmaz. Lakin “nimdaş kostyumdan çıxarıb, adam edib”x9d ifadəsi və onun özündə ehtiva etdiyi məna əsla qəbuledilən hesab edilə bilməz. İlk növbədə ona görə ki, bir insanın üzərindəki kostyumun nimdaş və ya yeni, ucuz və ya bahalı olmasının onun adamlığına heç bir aidiyyatı yoxdur. Çünki adamlıq libas tanımır. Kiminsə nimdaş kostyumunu yenisi ilə əvəz etmək, hər gün işə ictimai nəqliyyatla gedib-gələn şəxsə yüz minlik avtomobil almaq, ucuz daxmada və ya kirayədə yaşayan birini Bakının mərkəzində mənzil sahibi eləmək hələ onu adam eləmək demək deyil. Bu, sadəcə həmin şəxsin sosial rifahını və məişət şəraitini yaxşılaşdırmaq, maddi təminatını yüksəltmək deməkdir. Bunun adamlıqla hər hansı əlaqəsi yoxdur.

Adamlıq əxlaqi-mənəvi dəyərlər sistemidir. Məhz bu baxımdan kimisə adam etmək onu tərbiyələndirmək, zərərli vərdişlərdən islah etmək, mənəvi baxımdan kamilləşdirmək anlamında işlənə bilər. Bunu isə pul və ya vəzifə gücünə reallaşdırmaq mümkün deyil. Odur ki, prezident bəzi şəxslərə vəzifə verməklə onları maddi rifaha qovuşdurdu, adamlığa deyil. Və onlar bəlkə də ömürlərinin sonuna qədər sahib olduqları milyonları qoruyub saxlaya, bundan geninə-boluna bəhrələnə biləcəklər. Lakin onların heç vaxt  qorunması gərəkən adamlıqları olmayacaq.

Bu gün Azərbaycan xalqının böyük bir qismi öz yaşamına nimdaş kostyumlar, köhnə çəkmələr, əsgəri ailə büdcəsi hesabına davam etdirməkdədir. Lakin nimdaş kostyumlu bu insanların adam olmaq kimi bir dərdi yoxdur. Çünki onların göz açdığı ailələrdə bu insanlara təzə kostyumlar, bahalı villalar ala bilməsələr də, onları adam kimi yetişdirə biliblər. Onların adam olmaq üçün təzə kostyum geymək, kreslo sahibi olmaq kimi bir ehtiyacı yoxdur.

Miskin, acınılması gərəkən şəxs nimdaş kostyum geyinən deyil. Miskin - əxlaqından çox libasının qeydinə qalandır. Və miskin o şəxsdir ki, məhz təzə kostyuma, son model maşına, bahalı villaya sahib olmaqla, həm də adamlığa yiyələndiyini zənn edir. Halbuki, adamlığın bütün mənəvi dəyərlər kimi maddiliklə hər hansı əlaqəsi yoxdur. Adamlıq hansı qiyafə və görkəmdə zühur etməsindən asılı olmayaraq hörmət və ehtirama layiqdir... Və insanlıq davam etdikcə hər zaman belə olacaqdır...

 

Seymur Əliyev

e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO