Arvadının evə yad kişi gətirdiyindən şübhələnən kişi həyat yoldaşına 12 bıçaq zərbəsi vurduxa0- VİDEO

2020-ci il iyunun 8-də Sumqayıtda Teymur Şıxkərimov adlı şəxs polisə gələrək, həyat yoldaşını bıçaqladığı barədə məlumat verib. Araşdırma zamanı 34 yaşlı Aygün Şıxkərimovanın Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı və əməliyyat edildiyi məlum olub.
 
İstintaqla müəyyən olunub ki, Teymur Şıxkərimov mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən onu öldürmək qərarına gəlib. İyunun 8-də qadının kirayə yaşadığı binanın qarşısına gəlib və Aygün Şıxkərimovanın bədəninin müxtəlif nahiyələrinə bıçaqla 12 dəfə zərbə endirib. İstintaqa məlum olmayan şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması sayəsində onun həyatını xilas etmək mümkün olub.
 
İş üzrə dindirilmiş Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıtda müxtəlif yerlərdə kirayədə qalaraq, tikinti şirkətində fəhlə işləyib. Aygünlə 2011-ci ildə tanış olandan bir ay sonra rəsmi nikaha daxil olub. Nikahdan iki qız övladları dünyaya gəlib. Corat qəsəbəsində, qayınatasına məxsus evdə yaşayıblar. Təxminən iki il əvvəl Aygünün ona qarşı münasibətinin dəyişdiyini hiss edib. Əvvəllər arvadı telefonu masanın üzərinə qoyurdusa, son vaxtlar özündə saxlayıb. Telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olub. Kiminlə danışdığını soruşduqda o, hər dəfə bacısı ilə söhbət etdiyini deyib.
 
2020-ci ilin fevral ayında Xaçmaz rayonunda olarkən, yoldaşı zəng edərək atasının onu evdən qovduğunu bildirib. Bunu aydınlaşdırmaq üçün qayınatasına zəng edəndə, o: “Aygün əxlaqsızlıq edir, gəl, arvadına sahib çıx”, - deyib. Aygün üç-dörd ay bacısının evində qalıb. Sonra kirayə mənzil tutaraq, oraya köçüb. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının axırlarında Aygünün yaşadığı evə gedib. Kiçik qızı Mədinə ona anasının evə Taleh adlı kişini gətirdiyini və onun meyvə-tərəvəz satışı ilə məşğul olduğunu deyib. O, iyunun 4-də Mədinəni Şabran rayonuna aparıb, bununla bağlı Aygün polisə müraciət edərək, övladının qaçırıldığını bildirib.
 
Növbəti gün o, Sumqayıta gələrək verdiyi izahatda Mədinənin doğma qızı olduğunu və onu öz istəyi ilə rayona apardığını göstərib. Ayın 7-də telefonla danışanda Aygün övladını evə gətirməsini tələb edib, bir daha uşaqları ona göstərməyəcəyini və ondan boşanıb, Talehlə nikaha daxil olacağını bildirib. Həmin gün növbəti dəfə zəngləşəndə arvadı telefonu Mədinəyə verməsini xahiş edib. Həmin vaxt Talehin böyük qızı Nuraya “qızım, bacınla danış” söylədiyini eşidib. Bunu eşidib, qəzəblənib və yoldaşına qızı olduğu evə yad kişi gətirdiyni və onu sabah öldürəcəyini deyib. İyunun 8-də qızı ilə birlikdə Sumqayıta gəlib. Övladını çayxanada qoyaraq arvadının yaşadığı binanın qarşısına gəlib, onun aşağı düşməsini gözləyib. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü görüb. Dərhal üzərinə gedərək, bıçaqla Aygünün boynuna, boğazına və digər nahiyələrinə xəsarətlər yetirib. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən qırılıb. Qadının qışqırıq səsini eşidən Taleh maşından düşüb, söyə-söyə arxasınca qaçsa da, ona çata bilməyib.
 
Aygün Şıxkərimova ifadəsində göstərib ki, həyətdə olan şəxslər müdaxilə etməsəydilər, Teymur onu öldürə bilərdi. Onun Taleh adlı şəxslə sevgi münasibəti və ya cinsi əlaqəsi olmayıb. Talehi meyvə-tərəvəz dükanı işlədən şəxs kimi tanıyıb. Ondan 150 manat borc pul alıb, sonuncu da bir-iki dəfə qapını döyərək, ondan borcunu istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd illik əsirlikdən qurtulan Ukrayna hərbçilərinin FOTOLARI

Dörd illik əsirlikdən qurtulan Ukrayna hərbçilərinin FOTOLARI

Pakistanda hərbi bazaya terror hücumu – ANBAAN VİDEO

Pakistanda hərbi bazaya terror hücumu – ANBAAN VİDEO

Kuba qaranlığa qərq oldu - 22 saat işıq olmur, xalq pərişan durumda...

Kuba qaranlığa qərq oldu - 22 saat işıq olmur, xalq pərişan durumda...

Payızda Bakıda daha bir beynəlxalq FORUM KEÇİRİLƏCƏK

Payızda Bakıda daha bir beynəlxalq FORUM KEÇİRİLƏCƏK

Trampın Çinə səfəri başa çatdı- VİDEO

Trampın Çinə səfəri başa çatdı- VİDEO

Üztanıma ilə ödənişi necə etmək olar? – VİDEOİZAH

Üztanıma ilə ödənişi necə etmək olar? – VİDEOİZAH

2 həftəyə qarın piylərini əridən güclü meyvə

2 həftəyə qarın piylərini əridən güclü meyvə

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

AZAL Bakıdan Dubaya uçuşları BƏRPA ETDİ

AZAL Bakıdan Dubaya uçuşları BƏRPA ETDİ

Onlar da gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

Onlar da gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

"İstəyirəm ki, ruhum bayram etsin" — Mətanət İsgəndərli

"İstəyirəm ki, ruhum bayram etsin" — Mətanət İsgəndərli

“Karvan-Yevlax” “Qəbələ”yə, “Araz Naxçıvan” “Kəpəz”ə qarşı

“Karvan-Yevlax” “Qəbələ”yə, “Araz Naxçıvan” “Kəpəz”ə qarşı

Bank borca görə qohuma zəng edə bilər? — AÇIQLAMA

Bank borca görə qohuma zəng edə bilər? — AÇIQLAMA

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi – VİDEO

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi – VİDEO

Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü – VİDEO

Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü – VİDEO

Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR

Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR

Putin də Çinə GEDƏCƏK

Putin də Çinə GEDƏCƏK

Psixoterapevtdən valideynlərə TÖVSİYƏ – Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

Psixoterapevtdən valideynlərə TÖVSİYƏ – Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Avropanın məşhur klubundan “Sabah”ın hücumçusuna TƏKLİF

Avropanın məşhur klubundan “Sabah”ın hücumçusuna TƏKLİF

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Zaur Əliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Zaur Əliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Neftimiz yenidən UCUZLAŞDI

Neftimiz yenidən UCUZLAŞDI

End of content

No more pages to load

RADİO