"Kamran market"dən oğurluq edən Şərur rayon sakinləri Səxavət Seyidov və Nuran Kərimov tutulub.
Moderator.az DİN-in saytına istinadən xəbər verir ki, bu gecə saat 2.40 radələrində Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisində yerləşən Rasim Cəfərova məxsus "Kamran market" mağazasından rayon Mühafizə İdarəsinə "Həyəcan siqnalı" daxil olub. RMİ-nin əməkdaşları dərhal hadisə yerinə çıxıb və obyektin dam örtüyünü sındıraraq içəri daxil olan, Səxavət Seyidov və Nuran Kərimov yaxalanaraq Sabunçu RPİ 12-ci PB-yə təhvil verilib.
Qeyd edək ki, oğurluq edən şəxslər sözügedən rayon ərazisində kirayədə yaşayan Şərur rayon sakinləridir.