İraqlı təhlükəsizlik gücləri tərəfindən qanunlara zidd olaraq nəzarətdə tutulan minlərlə qadının işgəncə gördüyü və cinsi təcavüz təhdidinə məruz qaldığı bildirilir.
Moderator.az İnsan Haqqları İzləmə Təşkilatının (HRW ) hesabatına istinadən xəbər verir ki, hüquq sisteminin kifayət qədər inkişaf etmədiyi ölkədə xüsusilə qadınların böyük təhlükə altındadır. Hesabatda , qadınların işlədikləri cinayətlərə görə deyil , həyat yoldaşlarının ya da kişi qohumlarının fəaliyyəti haqqında sorğuya çəkilmək üçün nəzarətə alındığı bildirilir.
Qadınların , axtarış əmri olmadan nəzarətə alındığı və mühakimə qərarı olmadan həbsdə saxlandığı və həmin mərhələdə şiddətə məruz qaldığı qeyd olunur. Hesabata görə, həmin ərəfədə qadınlar cinsi təcavüzlə, həmçinin qohumlarının qarşısında təcavüzlə təhdidi olunur, elektrik şoku , baş aşağı asma , dayaq və falara tətbiq olunur.
Hesabatda , qadınların böyük bir qisiminin , təhlükəsizlik güclərin tərəfindən təzyiq yolu ilə , oxumalarına belə icazə vermədən sənədlər imzaladırlar ki, bu etiraf sənədləri sonradan məhkəmədə onların və ya qohumlarının əleyhinə istifadə edilir.
Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi tərəfindən nəzarətə alınan və 4 min 200-dən çox qadınların böyük əksəriyyətinin sünni olduğu bildirilən hesabatda , məzhəb qarşıdurmalarının sıx yaşandığı ölkədə , əslində məzhəb və qrup fərqindən asılı olmayaraq bütün qadınların zorakılığa məruz qaldığı bildirilir.
Elman