Bakıda keçirilən çempionatda insident törədən iki idmançı həbs edilib

Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib: “Belə ki, dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.
        
Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.
 
Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir".
        
O. Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib: “Adından da göründüyü kimi bu, sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb”.
 
Qeyd edək ki, bu gün bir sıra saytlar Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının bağlanış günündə-dekabrın 23-də azərbaycanlı və dağıstanlı idmançılar arasında kütləvi davanın baş verməsi, bu zaman soyuq silahdan istifadə edilməsi, Dağıstan vətəndaşlarının bıçaqlanması, tərəflər arasında xeyli sayda xəsarət alanlar barədə məlumatlar yayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Bu ərazilərdə iki gün su olmayacaq

Bu ərazilərdə iki gün su olmayacaq

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Ulduz falı: 28 iyul, 2026-cı il

Ulduz falı: 28 iyul, 2026-cı il

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

Tramp ABŞ konqresmeninin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı

Tramp ABŞ konqresmeninin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı

End of content

No more pages to load

RADİO