Keçmiş MTN generalı Akif Çovdarov, Səlim Məmmədov və Orxan Osmanov etap edilib.
Onlar Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər.
A.Çovdarov və digərləri bundan sonra cəzalarını həmin cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Bildirək ki, bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilmişdi. Onların şikayəti təmin edilməmişdi.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 9 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.