"İntim görüntü videosu ilə şantaj metodu həmişə uğurlu alınmır..."

Dünən politoloq Ərəstun Oruclunun MTN işi ilə bağlı verdiyi müsahibədə "2800 seks videosu" barədə səsləndirdiyi iddialar mediada ciddi ilgi gördü və manşetlərə daşındı.

Ümumiyyətlə seks videosu ilə şantaj xüsusi xidmət orqanlarının nə vaxtdan vazkeçilməzi olub?

Moderator.az-ın əməkdaşı bu sualla təhlükəsizlik məsələrəi üzrə tanınmış ekspert İlham İsmayıla müraciət edərək aşağıdakı cavabı alıb:


"Hörmətli Ərəstun bəyin "MTN işi" kimi qəbul olunan proses barədə məlum müsahibəsi kifayət dərəcədə rezonans doğurub və müsahibədə proses əsasən düzgün qiymətləndirilib. Xüsusilə, işin yalnız istintaqdan deyil, daha çox siyasi qərarlardan asılı olan bir proses olduğu dəqiq göstərilib. Ərəstun Oruclunun qaldırdığı suallar da cəmiyyəti həm maraqlandıran, həm də narahat edən məsələlərdir.                                                                                   Bu deyilənlər öz yerində, amma hiss olunur ki, əksər mətbuat nümayəndələri və sosial şəbəkədəkilər  "2800 ədəd seks videokaseti" barədə olan informasiyanı önə çəkərək, şantaj  materialların hədəflərinin kimlər olduqlarıyla daha çox maraqlanırlar. Kasetlər barədə fikir bildirməzdən əvvəl qeyd edim ki, seks şantajı tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub. Ərin və ya arvadın xəyanəti video, foto görüntülərlə qeyd olunandan sonra istər kəşfiyyat, istərsə də əks kəşfiyyat bu metodla istədiyinə nail olmağa çalışıb. Yəni hədəfi casusluq etməyə cəlb etmək üçün həmin materiallardan istifadə ediblər. Bu metod həmişə də uğurlu alınmır. Xüsusilə diplomatlara ( bəzi müsəlman ölkələri istisna olmaqla) qarşı işlədəndə onlar adətən bunu gülə-gülə qarşılayıblar.         
Qeyd olunan  kasetlərin 90 faizi  proses üçün siyasi qərar verilməsinə təsir edə bilməz, yəni hansısa məmurun, ictimai şəxsin, lap bəzi nazirlərin də, onların ailə üzvlərinin də görüntüsü son anda siyasi qərara təsir edə bilməz. O deyilən görüntülərin 10 faizi ( rəqəmlər nisbidi) xüsusi  narahatlıq yarada bilər ki, görünür  hələ də istintaq bu işdə hüquqa əsaslanan qərar verə bilmir. İkincisi 2800 ədədin demək olmaz ki, hamısının təşəbbüskarı və sifarişçisi yalnız MTN işçiləridi. Ola bilsin ki, sifariş daha yuxarıdan gəlsin və kasetlərdə bunlar qeyd edilsin və məlumdur ki, belə sifarişlərin bəziləri televiziyalara, internetə  qədər çıxarılıb. Sifarişlərin içərisində yalnız yataq səhnələri deyil, ölümlə nəticələnən qətllərin, rüşvət vermə-alma proseslərinin də olması mümkündür. Ərəstun Oruclunun konkret adlar çəkərək, onların niyə bu günədək istintaqa cəlb olunmamasının cavabını da məhz qeyd etdiyimiz sifarişlərdə, tapşırıqlarda axtarmaq lazımdır.  İlk baxışda aydın olmayan bütün məqamlar şantajla bağlıdır. Vaxtilə qanunsuz, dövlətə, dövlətçiliyə xidmət etməyən sifarişlərin, tapşırıqların gözünə öz şəxsi maraqlarını da qoşub quldurluq edənlər bir gün cinayətlərin üstünün açılacağının fərqində olublar, hazırlıq görüblər. O hazırlıqla da onları ittiham edənləri şantaj edirlər. Vaxtilə Moderator .az saytına verdiyim açıqlamada demişdim ki, "MTN işi" tezliklə bitməyəcək və burda gözlənilməz hadisələr baş verəcək. Hələ ki, bir zabit intihar edib, intiharın şahidi də "özünə qəsd" edib, bir zabit də içəridən hədə-qorxu gəlir ki, məni buraxın, yoxsa özümü öldürərəm. Ümumiyyətlə, məhkəmənin olması belə çətin görünür. Məhkəmə çox güman ki, qapalı keçirilsin, ya da müttəhimlərin bəzilərilə əvvəlcədən razılaşdırılmış mövqe qoyulması şərti kəsilsin. Gedişatın istintaqdan çox, siyasi qərardan asılı olacağı açıq hiss olunur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

End of content

No more pages to load

RADİO