Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ 

ABŞ prezidenti Co Baydenin bu həftəyə planlaşdırılan səfəri bir çox aspektlərdən bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, tərəflər arasında danışıqlarda Səudiyyənin neft hasilatını artırması məsələsinin müzakirəyə çıxarılması gözlənilir. Qərb mənbələrində sözügedən razılığın əldə olunması ehtimalı da yüksək qiymətləndirilir.

Dünyanın ən böyük neft ixracatçısının hasilatı artırmasının isə dünya bazarlarında neftin, eləcə də neft məhsullarının qiymətinə birbaşa təsir göstərəcəyi şübhəsizdir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Səudiyyənin neft bazarına təsiri böyükdür:

“Səudiyyə Ərəbistanı 60 ildir ki, OPEC ölkələrinin “birinci skripkaçısı” rolunda çıxış edir və onların imkanları genişdir. Bu baxımdan 10 ölkənin hər biri ilə müzakirələr aparıb, hasilatı 1 milyon artırmağa razı salmaqdansa, Səudiyyənin özü qısa müddətdə hasilatı bu qədər, hətta bundan daha çox artırmaq gücündədir. Təbii ki, bunun da dünya bazarında təsirləri neftin ucuzlaşması istiqamətində olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti artdı


Ekspert qeyd edib ki, neft qiymətlərinin ucuzlaşması məsələsində bir digər nüans dünya iqtisadiyyatının artım tempilə bağlı ürəkaçmayan proqnozların verilməsidir:

“İstər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu tərəfindən bu templər aşağı səviyyədə olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi bir çox ölkələr arasında ticarətin yavaşımasına, pozulmasına gətirib çıxarıb. Belə olan halda dünya bir müddət də aşağı ticarət tempi ilə yaşamağa məcbur olacaq və nəticə etibarilə enerjinin daha az istifadə olunur. Bu da enerji qiymətlərində özünü göstərir. İlin 4-cü rübündə neftin qiymətinin nisbətən azalması proqnozlaşdırılır. Lakin hal-hazırda bütün yanaşmalar nisbidir. Çünki dünən biz gördük ki, bir gün ərzində “Brent” markalı neftin qiyməti 7,3 dollar dəyər itirdi. Bu cür bir-iki hadisə olarsa neftin qiymətinin 80 dollara qədər ucuzlaşması heç də problem olmayacaq”.

İlham Şaban ABŞ və Səudiyyə Ərəbistanı arasında mümkün razılaşmanın neft qiymətlərinə hansı müddətdə təsir edəcəyini də açıqlayıb:

“Qısa müddətdə birjalarda qiymətlərin azalması baş verəcək. Çünki bu bazarın reaksiyasını özündə əks etdirir. Lakin qiymətlərin hansısa həddə düşüb stabil olaraq mövqeyini qoruması zaman tələb edir. Səudiyyə bazara milyon barel əlavə neft çıxaracağıyla bağlı öhdəlik götürə bilər. Lakin bunun nə qədər vaxt tələb edəcəyi bazar üçün önəmlidir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: AZAL Naxçıvana uçuşları LƏĞV ETDİ

SON DƏQİQƏ: AZAL Naxçıvana uçuşları LƏĞV ETDİ

WUF13 çərçivəsində Hindistan pavilyonu açılıb - FOTO

WUF13 çərçivəsində Hindistan pavilyonu açılıb - FOTO

Dördüncü dəfə ana olacaq

Dördüncü dəfə ana olacaq

Hantavirusa qarşı təcili peyvənd hazırlanır

Hantavirusa qarşı təcili peyvənd hazırlanır

"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

Bakıda sürücü qəsdən piyadanı və azyaşlını islatdı - VİDEO

Bakıda sürücü qəsdən piyadanı və azyaşlını islatdı - VİDEO

Azərbaycanda kursant vəfat etdi - FOTO

Azərbaycanda kursant vəfat etdi - FOTO

Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Deputatlar Tacikistana gedirlər

Deputatlar Tacikistana gedirlər

Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

WUF13-ün ikinci günündən YADDA QALANLAR - FOTOREPORTAJ

WUF13-ün ikinci günündən YADDA QALANLAR - FOTOREPORTAJ

Forumun açılışında Azərbaycanla bağlı VİDEOÇARX – Prezident paylaşdı

Forumun açılışında Azərbaycanla bağlı VİDEOÇARX – Prezident paylaşdı

“Qarabağ” onun gəlişini maraqlı kadrlarla elan etdi - VİDEO

“Qarabağ” onun gəlişini maraqlı kadrlarla elan etdi - VİDEO

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ

Azərbaycanlı zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanlı zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb

WUF13-ün ikinci günündə nələr baş verdi? – VİDEOREPORTAJ

WUF13-ün ikinci günündə nələr baş verdi? – VİDEOREPORTAJ

"Haqqıma girmisən, çörəyimə BAİS OLMUSAN"

"Haqqıma girmisən, çörəyimə BAİS OLMUSAN"

ABŞ İrana qarşı neft sanksiyalarının LƏĞVİNİ təklif edib

ABŞ İrana qarşı neft sanksiyalarının LƏĞVİNİ təklif edib

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nərgiz Paşayevanın qızı Kannda - FOTOLAR

Nərgiz Paşayevanın qızı Kannda - FOTOLAR

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yük ötürmə qabiliyyəti 5 dəfə ARTIRILDI - FOTO

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yük ötürmə qabiliyyəti 5 dəfə ARTIRILDI - FOTO

İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

Sabah bəzi insanlarda NARAHATLIQ HİSSİ yarana bilər

Sabah bəzi insanlarda NARAHATLIQ HİSSİ yarana bilər

End of content

No more pages to load

RADİO