Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat verib.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
“Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır”, - məlumatda vurğulanıb.
Bizim.Media