Qafqaz - İberoamerika Düşüncə Mərkəzi biznes forumda – FOTO-VİDEO

Xəbər verdiyimiz kimi, dünən Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib. Forumda Qafqaz - İberoamerika Düşüncə Mərkəzi də təmsil olunub. 

Bizim.Media xəbər verir ki, Mərkəzin rəhbəri Mahir Qurbanov forum çərçivəsində müxtəlif Avropa şirkətlərilə fikir mübadiləsi aparıb.

O, eyni zamanda ispan dilli ölkələrlə bir mərkəz olaraq aparılan işlər barədə yerli və beynəlxalq ekspertlərə ətraflı məlumat verib.

Xatırladaq ki, Avropa İttifaqı-Azərbaycan biznes forumunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib.
Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. 

Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. 
Forumda ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Elman İmamverdiyev başçının birinci müavini TƏYİN EDİLDİ

Elman İmamverdiyev başçının birinci müavini TƏYİN EDİLDİ

“İnstagram”da satılan arıqlama məhsullarında TƏHLÜKƏLİ MADDƏ aşkarlandı - FOTO

“İnstagram”da satılan arıqlama məhsullarında TƏHLÜKƏLİ MADDƏ aşkarlandı - FOTO

"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Milli Məclisin növbəti iclasının gündəliyi: 22 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasının gündəliyi: 22 məsələ müzakirə olunacaq

End of content

No more pages to load

RADİO