Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əmək Pensiyaları” haqqında Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir. Yəni, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq sabit məbləğ əlavə olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, son günlər aylıq pensiya əlavəsinin kimlərə şamil olunması və necə hesablanacağı ilə bağlı xeyili müzakirələr aparılır:
 

“Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir.


Sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərinə, Baş naziri və Baş 4 nazirinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, yerli icra hakimiyyəti başçısına, Media və Yayım Şurasına, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvlərinə, sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvlərinə, İnsan hüquqları üzrə müvəkkili və Naxçıvan İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsman və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərinə, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbiçilərinə şamil olunur.

Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalar ilə aparılacaq.

Sabit pensiya əlavəsinin məbləğinə gəldikdə isə, bu şəxslərə aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək”.

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Yeni zəhərli ilan növü aşkarlandı

Yeni zəhərli ilan növü aşkarlandı

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

Arzu Əliyeva ailə FOTOSUNU paylaşdı

Arzu Əliyeva ailə FOTOSUNU paylaşdı

Bakıda bu küçə təmirə bağlanır

Bakıda bu küçə təmirə bağlanır

Ölkəmizə gətirilən telefonlarda 85 mindən çox saxta IMEI kod bloklandı

Ölkəmizə gətirilən telefonlarda 85 mindən çox saxta IMEI kod bloklandı

Deputatın oğlunun iştirak etdiyi insidentlə bağlı 11 nəfər həbs edildi - Davadan YENİ VİDEO

Deputatın oğlunun iştirak etdiyi insidentlə bağlı 11 nəfər həbs edildi - Davadan YENİ VİDEO

Tramp: “Mənə Nobel mükafatı vermədilər, Norveçdən heç nə istəmirəm” - VİDEO

Tramp: “Mənə Nobel mükafatı vermədilər, Norveçdən heç nə istəmirəm” - VİDEO

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”: əlavələr nədən qaynaqlanır?

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”: əlavələr nədən qaynaqlanır?

Dünya çempionatı: Daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO