Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?

Azərbaycanın İraqdan “Aİ-92” markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsasları ilə bağlı suallar yaradır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynovanın sözlərinə görə, əslində, Azərbaycanın “Aİ-92” markalı benzini istehsal etmək imkanı var:

“Məsələ ondadır ki, neft hasil edən ölkə olmaq bütün növ yanacaqları istənilən həcmdə və istənilən vaxt istehsal edə bilmək demək deyil. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan İraqdan 505,1 ton “Aİ-92” markalı benzin idxal edib. Həmin dövrdə ölkənin ümumi “Aİ-92” benzini idxalı 3 919 ton olub. 

Bu isə İraqdan alınan benzinin ümumi idxalın təxminən 13 faizini təşkil etdiyini göstərir. Eyni zamanda, Azərbaycan həmin dövrdə xaricə də “Aİ-92″ markalı benzin satıb. İdxal və ixracın eyni vaxtda həyata keçirilməsi müxtəlif kommersiya şərtləri, təchizat ehtiyacları və zaman fərqləri ilə bağlı ola bilər”.

İqtisadçı bildirib ki, burada əsas məqam istehsal etdiyimiz məhsulu xaricdən almağın hansı iqtisadi şərtlər daxilində daha sərfəli olmasıdır:

“Buna dəqiq cavab vermək üçün İraqdan gətirilən benzinin müqavilə qiymətini və idxal qərarının rəsmi əsaslandırılmasını bilmək lazımdır. Məsələnin digər iqtisadi tərəfinə gəldikdə, İraqdan benzin idxalının əsas səbəblərindən biri daxili bazarda yanacaq təminatının davamlılığını qorumaq ola bilər. Yerli istehsalın müəyyən dövrlərdə tələbatı tam ödəməməsi və ya əlavə təchizata ehtiyac yaranması idxalı zəruri edə bilər. Eyni zamanda, yanacağın müxtəlif ölkələrdən alınması təchizat mənbələrinin şaxələndirilməsinə və bir ölkədən asılılığın azaldılmasına kömək edir.

Bu addımın iqtisadi əhəmiyyəti əsasən qiymət və təchizat məsələləri ilə bağlıdır. İraqdan alınan benzinin daşınma və digər xərclər də daxil olmaqla ümumi maya dəyəri alternativ mənbələrlə müqayisədə daha əlverişli olarsa, bu, idxalı iqtisadi cəhətdən əsaslandıra bilər”.

G.Hüseynova qeyd edib ki, digər mühüm məqam idxalın həcmidir:

“Gətirilən yanacağın miqdarı ölkənin ümumi istehlakı ilə müqayisədə azdırsa, bunun daxili bazarda qiymətlərə və ümumi iqtisadi vəziyyətə ciddi təsiri gözlənilmir. Belə tədarük daha çox əlavə təchizat imkanlarının yaradılması və bazarın çevikliyinin artırılması baxımından əhəmiyyət daşıyır.

Ümumilikdə, Azərbaycanın İraqdan “Aİ-92” markalı benzin idxal etməsini enerji təhlükəsizliyinin qorunması və yanacaq bazarında alternativ mənbələrin yaradılması istiqamətində bir addımdır. Uzunmüddətli perspektivdə isə əsas məsələ daxili istehsal imkanlarının artırılması, neft emalı prosesinin təkmilləşdirilməsi və idxal xərclərinin optimallaşdırılmasıdır. 

Ölkəmizin neft ehtiyatlarına malik olması yanacaq bazarının bütün ehtiyaclarının avtomatik olaraq yerli istehsal hesabına ödənilməsi demək deyil. Buna görə də idxalın iqtisadi səmərəliliyi onun həcmi, maya dəyəri və daxili istehsalla müqayisəsi əsasında qiymətləndirilməlidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Bu xəstəxanaya baş həkim təyin edildi – 11 gün əvvəl direktor müavini bıçaqlanmışdı

Bu xəstəxanaya baş həkim təyin edildi – 11 gün əvvəl direktor müavini bıçaqlanmışdı

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq – CƏDVƏL

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq – CƏDVƏL

113 əcnəbi Azərbaycandan deportasiya edildi - Hansı qaydaları pozublar?

113 əcnəbi Azərbaycandan deportasiya edildi - Hansı qaydaları pozublar?

Fransanın daxili işlər naziri istefa VERDİ

Fransanın daxili işlər naziri istefa VERDİ

Rubio: “Tramp Ukrayna müharibəsinə son qoymaq istəyir”

Rubio: “Tramp Ukrayna müharibəsinə son qoymaq istəyir”

Bakıda iki avtomobil toqquşdu - Səki ilə gedən qadın vəfat etdi

Bakıda iki avtomobil toqquşdu - Səki ilə gedən qadın vəfat etdi

Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Ötən həftə 4 nəfərin meyiti tapılıb

Ötən həftə 4 nəfərin meyiti tapılıb

Azərbaycan Basketbol Liqası: III turun bu gün oyunu var

Azərbaycan Basketbol Liqası: III turun bu gün oyunu var

Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

"Məni Putinlə müqayisə etmək olmaz": Zelenskidən Trampın sözlərinə SƏRT REAKSİYA

"Məni Putinlə müqayisə etmək olmaz": Zelenskidən Trampın sözlərinə SƏRT REAKSİYA

Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?

Bu həftə üç BÜRC üçün göydən pul yağacaq – Bəxtəvərlər siyahısında kimlər var

Bu həftə üç BÜRC üçün göydən pul yağacaq – Bəxtəvərlər siyahısında kimlər var

Vətən müharibəsinin xronikası: 19 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 19 oktyabr – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Aşağı maaş alanların da əməkhaqları artacaq - VİDEO

Aşağı maaş alanların da əməkhaqları artacaq - VİDEO

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

End of content

No more pages to load

RADİO