Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ – FOTO

“Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilib”.

Növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək? Devalvasiya riski tam aradan qalxıbmı?

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir:

“Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır. Yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb.
 

2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir.


Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb.

Digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb.

Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, - deyə deputat qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Cəlilabadda ev yandı - VİDEO

Cəlilabadda ev yandı - VİDEO

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Bu gün Ümumdünya Ürək Günüdür

Bu gün Ümumdünya Ürək Günüdür

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

End of content

No more pages to load

RADİO