İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü BAŞA ÇATDI

25-26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) ilk günü başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Tədbirin açılışında Baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. İlk gün çərçivəsində qlobal iqtisadi gündəmin aktual məsələləri, Azərbaycanın investisiya imkanları, regional və beynəlxalq bağlantıların inkişafı, eləcə də müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.

Forumun ilk sessiyasında iqtisadiyyat naziri Mikayıl Cabbarov “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda tədbirdə sessiyada Azərbaycanın qlobal iqtisadi dəyişikliklər fonunda strateji mövqeyi, regional bağlantı imkanları və investisiya potensialı diqqətə çatdırılıb.

Qlobal iqtisadi perspektivlərə həsr olunmuş panel müzakirəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini və “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David iştirak ediblər. Müzakirələr zamanı qlobal iqtisadi mənzərə, iqtisadi artım və investisiya mühitinə təsir edən əsas meyillər nəzərdən keçirilib.

“The European House – Ambrosetti”nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi qovşaq” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiya artımı baxımından imkanları, regional bağlantılar və regionun qlobal iqtisadi sistemdə dəyişən rolu diqqətə çatdırılıb.

“Qlobal artımın, investisiyaların və bağlantıların gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsində qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma, investisiyalara və bağlantılara təsiri, regional əməkdaşlığın inkişafı və yeni iqtisadi imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyanın sonunda Azərbaycanı təmsil edən qurumlarla xarici şirkət və tərəfdaşlar arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Forumun ilk günündə həmçinin sənaye platformaları və azad iqtisadi zonalar, Orta Dəhliz, süni intellekt, innovasiya və rəqəmsal transformasiya, Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlığı, kapital bazarları, regional enerji bağlantıları və yaşıl keçid, beynəlxalq maliyyə əməkdaşlığı, aqrobiznes, kritik xammal və qlobal iqtisadi təhlükəsizlik mövzularında panel sessiyalar keçirilib.
 

Bununla yanaşı, Türk İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü, Afrika və Azərbaycan arasında investisiya, ticarət və artım imkanlarına həsr olunmuş tədbir, eləcə də Böyük Britaniya və Almaniya ilə əməkdaşlıq çərçivəsində xüsusi sessiyalar təşkil olunub.


Beləliklə, “AIIF 2026”nın ilk günü qlobal iqtisadi çağırışların və investisiya perspektivlərinin müzakirəsi, Azərbaycanın regional iqtisadi və investisiya imkanlarının təqdim olunması, eləcə də müxtəlif istiqamətlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yadda qalıb.
Forum sentyabrın 26-da da davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

End of content

No more pages to load

RADİO