Bakıda 1 milyonluq evləri kimlərin aldığı BİLİNDİ

Bakıda qiyməti 1 milyon manatdan baha olan 42 mənzilin satılması daşınmaz əmlak bazarında bahalı mənzillərə də tələbin olduğunu göstərir. Bu isə yüksək qiymətli mənzillərin kimlər tərəfindən və hansı məqsədlə alındığı məsələsini gündəmə gətirir.

Bəs bu cür bahalı mənzillərə tələbin əsas səbəbi nədir – investisiya, yoxsa yüksək gəlirli şəxslərin yaşayış seçimi?

Bizim.Media xəbər verir ki, əmlak eksperti Anar Nəsirov “demokrat.az”a açıqlamasına görə, hazırda Bakı şəhərində yeni binalarda mənzillərin kvadratmetrinin ən aşağı qiyməti 2 500 manatdan başlayır və 4 000 manata qədər yüksəlir.


Onun sözlərinə görə, qiymətlər yerinə görə dəyişir və daha yüksək qiymətlər də ola bilər:


"Çünki mənzil qiymətləri əsasən yerləşdiyi yerə görə dəyişir. Şəhərin mərkəzində qiymətlər fərqlidir, kənar ərazilərdə isə başqa qiymətlərdir. Yəni konkret olaraq əmlak yerləşdiyi yerə görə dəyərləndirilir. Ən aşağı qiymət 2 500 manatdan başlayır və daha yuxarı gedir. Söhbət Bakı şəhərindən gedir. Torpaqların qiymətləri də yerləşdiyi əraziyə görə dəyişir. Mərkəzi hissələrdə qiymətlər fərqlidir, mərkəzdən uzaqlaşdıqca isə başqa qiymətlərə rast gəlinir. Ən ucuz yerlərdə, belə deyək, şəhərin mərkəzi hissələrindən söhbət gedirsə, sotun qiyməti 50 min manatdan başlayaraq daha yüksək qiymətlərə çatır.
 

Onu konkret olaraq demək çətindir ki, yuxarı qiymət nə qədərdir. Bir sözlə, əmlak istər yeni bina olsun, istər köhnə bina, istər torpaq sahəsi, istər obyekt, istərsə də ticarət obyekti konkret olaraq yerləşdiyi yerə görə dəyərləndirilir.


1 milyon manat civarında əmlak alındıqda da, əgər normal yerdə ev və ya əmlak alırsınızsa, istər yeni bina olsun, istər ticarət obyekti, istərsə də yaşayış üçün yeni və ya köhnə bina olsun, qiymət yerləşdiyi yerə görə dəyişə bilər. Bu baxımdan 1 milyon manat o qədər də böyük məbləğ deyil. Çünki əmlak bazarında ucuz qiymətə də ev alanlar var, orta qiymətə də, baha qiymətə də. İnsanlar necə müxtəlif kateqoriyalara bölünürsə, əmlak bazarında da müxtəlif alıcı kateqoriyaları mövcuddur.

Bu nöqteyi-nəzərdən baxsaq, hər adamın alıcılıq qabiliyyəti eyni deyil.

Biznesmenlər, iş adamları, Azərbaycana yatırım üçün gələn xarici investorlar, Azərbaycanda yaşamaq üçün gələn xaricilər, yerli iş adamları və biznesmenlər ucuz yerdən ev almağa üstünlük verməyə bilərlər. Digər sahələrdə, məsələn, geyimdə, yeməkdə və digər istiqamətlərdə olduğu kimi, əmlak bazarında da aşağı, orta və yuxarı gəlirli insanlar bazara müraciət edirlər.

Buna görə də burada müxtəlif kateqoriyalı mənzillərin olması və insanların seçimlərinin bu istiqamətdə formalaşması normaldır".
 

Ekspert əlavə edib ki, digər tərəfdən, nəzərə alsaq ki, yeni binalarda ən aşağı qiymət, məsələn, 2 500 manatdan başlayır, bu, bizə onu deməyə əsas verir ki, əslində 1 milyondan yuxarı qiymətə istər obyekt, istər ticarət obyekti, istərsə də yeni bina almaq o qədər də böyük rəqəm deyil:


"Çünki şəhərin mərkəzində, məsələn, 250-300 kvadratmetrlik yaşayış sahəsi belə həmin qiymətə çıxa bilər. Bunun da öz alıcıları var. Konkret olaraq, bunlar iş adamları, yerli biznesmenlər, xarici investorlar və ya Azərbaycanda yaşayan hər hansı xarici şirkətin əməkdaşı və ya səfirlik əməkdaşı ola bilər. Bu nöqteyi-nəzərdən 1 milyon manata əmlakın satılması o qədər də qeyri-adi hal hesab edilməməlidir. Çünki hazırkı əmlak bazarını nəzərə alsaq, bu, normal qəbul edilməlidir. Ticarət obyektlərinə gəldikdə də vəziyyət eynidir. Onların qiymətləri də konkret olaraq yerləşdiyi yerə görə dəyişir. Torpaqların qiymətləri də həmçinin əraziyə görə fərqlənir.

Yəni 1 milyon və ya 1 milyondan yuxarı qiymətə hər hansı əmlakın satılması qeyri-adi hal kimi qiymətləndirilməməlidir. Konkret olaraq əmlak kvadratmetr, torpaq isə sot üzrə qiymətləndirilir. Ola bilsin ki, əmlak şəhərin mərkəzi hissəsində, əsas yola yaxın ərazidə yerləşir və ya sahəsi böyükdür. Torpaq sahəsidirsə, onun sotunun qiyməti şəhərin mərkəzi hissəsində daha yüksək ola bilər. Buna görə də belə əmlakların qiymətinin 1 milyon manata çatması və ya daha yüksək olması hazırkı bazarda qeyri-adi hal deyil.

Bu baxımdan hazırkı əmlak bazarında, əvvəllər də olduğu kimi, dünyanın müxtəlif ölkələrində hər kateqoriyadan olan insanların əmlak almaq imkanı və tələbi var.

Bu nöqteyi-nəzərdən 1 milyon manat əmlak bazarında böyük rəqəm hesab edilməməlidir. Çünki evlər kvadratmetr, torpaqlar isə sot üzrə satılır və onların qiyməti 1 milyon manatdan, hətta daha yuxarı məbləğlərdən başlaya bilər.

Konkret olaraq, əmlak yerləşdiyi yerə görə dəyərləndirildikdə, şəhərin mərkəzi hissələrində və mərkəzə nisbətən yaxın ərazilərdə 1 milyon və 1 milyondan yuxarı qiymətlər o qədər də böyük rəqəm hesab edilməməlidir.
 

Əmlak bazarında hər kateqoriyadan olan insanlar öz seçimlərini etməkdə sərbəstdirlər. Aşağı gəlirli vətəndaşlar daha aşağı qiymətli, orta gəlirli insanlar orta qiymətli, yuxarı gəlirli insanlar isə daha yüksək qiymətli əmlak alırlar. Yəni hər kəs öz imkanına və büdcəsinə uyğun əmlak almaqda sərbəstdir. 1 milyondan yuxarı qiymətə əmlak alan insanların da imkanları buna yol verirsə, belə əmlakları almaqları normaldır.


Ona görə də bu, əmlak bazarında qeyri-adi hal hesab edilə bilməz. Hər qiymətə əmlak ola bilər. Əmlak yerləşdiyi yerə və kvadratmetrinə görə qiymətləndirilir. Ola bilsin ki, 1 milyondan daha yüksək, hətta 2-3 milyon manata qədər əmlak qiymətləri olsun. Bu, normal haldır. Əmlakın qiyməti onun yerləşdiyi yerə, sahəsinə və digər xüsusiyyətlərinə görə müəyyənləşir. Qiymət bundan dəfələrlə yuxarı və ya aşağı da ola bilər. Ona görə də insanlar üçün, məsələn, 1 milyon, 2 milyon manata əmlak satılması qeyri-adi görünməməlidir.

Bunun başqa bir tərəfi də odur ki, hazırda Rusiyadan və Avropanın bəzi ölkələrindən Azərbaycan əsilli iş adamlarının Azərbaycan əmlak bazarına gəldiyini müşahidə edirik. Bunlar daha çox böyük məbləğdə gəlir gətirən ticarət obyektlərinin və evlərin alınmasında iştirak edirlər.

Avropanın bəzi ölkələrindən olan investorlar da Azərbaycana yatırım edirlər.

Azərbaycan əsilli iş adamlarının Rusiyadan və Avropadan hazırkı əmlak bazarına üz tutduqlarını müşahidə edirik. Onların əmlak bazarına investisiya qoyuluşu davam edir. Yəqin ki, bunun səbəblərindən biri Azərbaycanda əmlakın investora gəlir gətirməsidir. Nəzərə alsaq ki, əmlak müəyyən faiz dərəcələrində istər kirayə, istərsə də satış yolu ilə investora gəlir gətirir, bu baxımdan xaricdə yaşayan Azərbaycan əsilli investorların Azərbaycan əmlak bazarına marağının artması başadüşüləndir.

Onlar hazırkı əmlak bazarındakı inkişafı gördükdən sonra xüsusilə əmlaka investisiya yatırmağa davam edirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın Rusiyaya dron hücumunda Azərbaycan əsilli şəxs HƏLAK OLDU

Ukraynanın Rusiyaya dron hücumunda Azərbaycan əsilli şəxs HƏLAK OLDU

Vüsalənin yeni evi – VİDEO

Vüsalənin yeni evi – VİDEO

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Suriya Prezidenti İsraillə sülhün ŞƏRTİNİ açıqladı

Suriya Prezidenti İsraillə sülhün ŞƏRTİNİ açıqladı

İtaliyada tarixi dönüş: 40 ildən sonra atom enerjisinə qayıdır

İtaliyada tarixi dönüş: 40 ildən sonra atom enerjisinə qayıdır

Netanyahu: “BMT-dəki çıxışımda sürprizlər olacaq”

Netanyahu: “BMT-dəki çıxışımda sürprizlər olacaq”

Bakıda 1 milyonluq evləri kimlərin aldığı BİLİNDİ

Bakıda 1 milyonluq evləri kimlərin aldığı BİLİNDİ

Ronaldo karyerasını bitirməklə bağlı sualı cavabladı

Ronaldo karyerasını bitirməklə bağlı sualı cavabladı

Lənkəranda yolu keçən gənci avtomobil vurdu – Ağır yaralandı

Lənkəranda yolu keçən gənci avtomobil vurdu – Ağır yaralandı

Azərbaycan millisi Tacikistana qalib gəldi

Azərbaycan millisi Tacikistana qalib gəldi

Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşdü - FOTO/VİDEO

Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşdü - FOTO/VİDEO

Namiq Mənanın meyxana oxuduğu restoranla bağlı araşdırma başladı – Tədbir görüləcək

Namiq Mənanın meyxana oxuduğu restoranla bağlı araşdırma başladı – Tədbir görüləcək

Ağ Ev dizel yanacağının ixracını 90 günlük qadağan etməyə hazırlaşır

Ağ Ev dizel yanacağının ixracını 90 günlük qadağan etməyə hazırlaşır

Rusiyalı turistə Bakıda belə jest etdilər – VİDEO

Rusiyalı turistə Bakıda belə jest etdilər – VİDEO

Qazaxda biçilmiş taxıl sahəsi yandı - VİDEO

Qazaxda biçilmiş taxıl sahəsi yandı - VİDEO

Sərxanın Rusiyaya girişinə niyə "stop" qoyulub?

Sərxanın Rusiyaya girişinə niyə "stop" qoyulub?

Azərbaycana səfər edən çinlillərin sayı artıb

Azərbaycana səfər edən çinlillərin sayı artıb

Şəmkirdə yol qəzası: 69 yaşlı qadın həyatını itirdi

Şəmkirdə yol qəzası: 69 yaşlı qadın həyatını itirdi

Naxçıvanda dəhşətli cinayət - Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda dəhşətli cinayət - Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olundu - FOTO

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olundu - FOTO

BMT-nin 51 ölkəsindən Rusiyaya ÇAĞIRIŞ: “Atəşkəs şərtini qəbul edin”

BMT-nin 51 ölkəsindən Rusiyaya ÇAĞIRIŞ: “Atəşkəs şərtini qəbul edin”

Beyləqanda “Niva” kanala düşdü: 5 nəfər xəsarət aldı

Beyləqanda “Niva” kanala düşdü: 5 nəfər xəsarət aldı

Ceyhun Bayramov fransalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov fransalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi

End of content

No more pages to load

RADİO