Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili yolu keçən Viravul kənd sakini, 2000-ci il təvəllüdlü Elmin İlham oğlu Mənsimovu vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və ilkin tibbi yardım göstərilib.
Hazırda yaralının özəl tibb müəssisələrindən birinə köçürülməsi nəzərdə tutulur. Bildirilir ki, E.Mənsimov yanacaqdoldurma məntəqələrindən birində çalışır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media