Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər

Ali məktəbə yüksək balla qəbul olunan, lakin təhsil almaq üçün başqa şəhərə köçməli olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış xərcləridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə kirayə qiymətlərinin yüksək olması ailələr üçün əlavə maliyyə yükü yaradır.

Bəs yüksək nəticə göstərən və maddi imkanları məhdud olan tələbələrin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması və ya onlara bu məqsədlə maddi dəstək göstərilməsi mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, bu məsələni müzakirə etməyə dəyər:
 

"Xüsusilə yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan, lakin universitet başqa şəhərdə yerləşdiyi üçün ailəsindən ayrı yaşamaq məcburiyyətində qalan tələbələrin yaşayış xərcləri ciddi yükə çevrilə bilir.


Hazırda yüksək balla ali məktəbə qəbul olunmaq bütün tələbələr üçün avtomatik olaraq kirayə haqqının dövlət tərəfindən ödənilməsi hüququ yaratmır.

Bununla belə, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan müəyyən kateqoriyadan olan gənclərin təhsil , o cümlədən yataqxana imkanı olmadıqda ev kirayəsi xərclərinə dəstək göstərilməsini nəzərdə tutan mexanizmlər mövcuddur. Yəni belə bir model hüquqi və maliyyə baxımından tamamilə yad yanaşma deyil.

Mən hesab edirəm ki, bunu daha geniş və hədəflənmiş formada tətbiq etmək mümkündür.

Məsələn, yüksək bal toplayaraq dövlət universitetinə qəbul olunan, daimi yaşayış yeri universitetin yerləşdiyi şəhərdən kənarda olan və ailəsinin maddi vəziyyəti müəyyən meyarlara cavab verən tələbələr üçün aylıq "yaşayış dəstəyi" müəyyən edilə bilər. Burada bütün kirayə haqqının ödənilməsi vacib deyil. Dövlət, məsələn, kirayə xərcinin müəyyən hissəsini kompensasiya edə və ya tələbəyə sabit aylıq məbləğ verə bilər.
 

Belə bir sistemdə əsas meyar yalnız yüksək bal olmamalıdır. Tələbənin ailəsinin gəliri, başqa şəhərdən gəlməsi, yataqxana imkanının olub-olmaması və sonrakı akademik göstəriciləri də nəzərə alınmalıdır. Əks halda, eyni yüksək balı toplayan, lakin maddi imkanları tamamilə fərqli olan iki tələbəyə eyni formada dəstək göstərilməsi sosial baxımdan ədalətli olmaz".


Ekspertin sözlərinə görə ümumiyyətlə, yüksək nəticə göstərən tələbəni yalnız universitetə qəbul olduğu gün mükafatlandırmaqla kifayətlənməməliyik.

"Hazırda ən yüksək nəticə göstərən tələbələr üçün Prezident təqaüdü də mövcuddur və onun məbləği 1 sentyabr 2025-ci ildən 350 manat müəyyən edilib. Lakin regiondan Bakıya və ya başqa böyük şəhərə gələn tələbə üçün əsas problemlərdən biri məhz yaşayışdır.

Uzunmüddətli həll isə tələbə yataqxanalarının sayının artırılmasıdır. Dövlət universitetlərinin kifayət qədər və münasib qiymətli yataqxana fondu olarsa, kirayə kompensasiyasına ehtiyac da xeyli azalacaq. Yataqxana çatışmazlığı aradan qaldırılanadək isə aztəminatlı və yüksək nəticə göstərən tələbələr üçün kirayə və ya yaşayış subsidiyasının tətbiqi faydalı sosial dəstək mexanizmi ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlara daha bir şans veriləcək - 5 BÜRCÜ böyük irəliləyiş gözləyir

Onlara daha bir şans veriləcək - 5 BÜRCÜ böyük irəliləyiş gözləyir

Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər

Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər

Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama

Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama

"Övladım yoxdur, mirasım onlara qalacaq"

"Övladım yoxdur, mirasım onlara qalacaq"

Tramp: “Putinlə daha bir görüş keçirəcəyik”

Tramp: “Putinlə daha bir görüş keçirəcəyik”

ABŞ və İran rəsmiləri Nyu-Yorkda danışıqlar aparıblar – Tramp açıqladı

ABŞ və İran rəsmiləri Nyu-Yorkda danışıqlar aparıblar – Tramp açıqladı

Gec ailə qursa da xoşbəxt olan 5 BÜRC

Gec ailə qursa da xoşbəxt olan 5 BÜRC

Səudiyyə "Şərq-Qərb" boru kəmərini bərpa etdi

Səudiyyə "Şərq-Qərb" boru kəmərini bərpa etdi

Bu ərazilərdə yaşayanlar köçürüləcək

Bu ərazilərdə yaşayanlar köçürüləcək

Zelenski: “Qışa qədər müharibə başa çata bilər”

Zelenski: “Qışa qədər müharibə başa çata bilər”

Bu aylarda doğulanlar üçün qara günlər geridə qalır

Bu aylarda doğulanlar üçün qara günlər geridə qalır

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - FOTO

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - FOTO

Dambrauskas bölgələrimizə heyran qaldı – FOTO

Dambrauskas bölgələrimizə heyran qaldı – FOTO

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

İsmət Cəfərova yüksək vəzifə verildi – FOTO

İsmət Cəfərova yüksək vəzifə verildi – FOTO

Bakının bu ərazilərində sabah 3 saat işıq olmayacaq

Bakının bu ərazilərində sabah 3 saat işıq olmayacaq

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü – FOTO/VİDEO

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü – FOTO/VİDEO

Zelenski və Tramp Nyu-Yorkda görüşdü - VİDEO

Zelenski və Tramp Nyu-Yorkda görüşdü - VİDEO

Tovuzda güclü dolu yağdı - VİDEO

Tovuzda güclü dolu yağdı - VİDEO

Sərxanın Rusiyaya girişinə "stop" qoyuldu

Sərxanın Rusiyaya girişinə "stop" qoyuldu

İranda qalan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Səfirlik bildiriş yaydı - FOTO

İranda qalan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Səfirlik bildiriş yaydı - FOTO

Prezident: “Dünyada sülhün təmini bütün dövlətlərin ortaq məsuliyyətidir” - FOTO

Prezident: “Dünyada sülhün təmini bütün dövlətlərin ortaq məsuliyyətidir” - FOTO

Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO

Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO

Cəlilabadda “Mercedes” at arabasına çırpıldı: Xəsarət alanlar var - FOTO

Cəlilabadda “Mercedes” at arabasına çırpıldı: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO