Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın köməyi ilə tammiqyaslı müharibənin qışa qədər başa çatacağına ümid etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki liderin görüşünün yayımına istinadla məlumat verib.
"Ümid edirəm ki, bu müharibəni qışa qədər başa vura bilərik və Tramp bizə bu işdə kömək edəcək", - deyə Zelenski bildirib.
Tramp da öz növbəsində həm Ukrayna Prezidenti, həm də Rusiya Prezidentinin müharibənin bitməsini istədiyini vurğulayıb. "Vaxt gəlib", - deyə ABŞ Prezidenti vurğulayıb.
Xatırladaq ki, bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin "insanların təsəvvür etdiyindən daha tez" başa çatacağını bildirib.
Bizim.Media