Səudiyyə Ərəbistanı "Şərq-Qərb" neft kəmərinin fəaliyyətini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, kəmər vasitəsilə xam neftin nəqlinə bu gündən etibarən start verilib. Bildirilib ki, Səudiyyə Ərəbistanı artıq çərşənbə axşamı Yanbu limanından neft ixracını bərpa edə bilər.
Qeyd edək ki, sentyabrın 11-də bir neçə pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının Mədinə və Ər-Riyad şəhərlərinin ətrafında yerləşən "Şərq-Qərb" neft kəmərinə hücum edib. PUA-lar İraqdan buraxılıb. Bu hadisədən sonra "Şərq-Qərb" kəməri vasitəsilə neftin nəqli müvəqqəti olaraq dayandırılmışdı.
Bizim.Media