Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə çatdırıb. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir.

2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.

Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.
 

Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.


Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün “Uzum Bank” əməkdaşlığı çərçivəsində “HUMO” və “Uzcard” kartları ilə ödəniş imkanı da mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlləri torpağa toxundurmağın sağlamlığa FAYDALARI

Əlləri torpağa toxundurmağın sağlamlığa FAYDALARI

Darmadağından sonra istefa verdi

Darmadağından sonra istefa verdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

Yuxunu dəstəkləyən 4 şirin qida — Şəkər istəyini də aradan qaldırır

Yuxunu dəstəkləyən 4 şirin qida — Şəkər istəyini də aradan qaldırır

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

"Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

"Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

Cavid Hüseynov istefaya göndərildi

Cavid Hüseynov istefaya göndərildi

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

“Yeni ulduz”un münsifləri və aparıcısı bəlli oldu

“Yeni ulduz”un münsifləri və aparıcısı bəlli oldu

Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ

Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ

Avtobusda boş yer olmayanda sərnişinə bildiriş göndəriləcək – YENİLİK

Avtobusda boş yer olmayanda sərnişinə bildiriş göndəriləcək – YENİLİK

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Cəlilabadda güclü yanğın - FOTO/VİDEO

Cəlilabadda güclü yanğın - FOTO/VİDEO

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

End of content

No more pages to load

RADİO