Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin dövlət monitorinq sisteminin məlumatlarına əsaslanan AFP-nin təhlilinə görə, ölkədə dizel yanacağının orta qiyməti rekord səviyyəyə yaxınlaşaraq 2,41 avro/litr təşkil edib.
Bizim.Media xəbər verir ki, sentyabrın 18-də dizelin orta qiyməti 2,39 avronu ötüb və günün sonuna doğru 2,40 avroya yaxınlaşıb.
Əvvəlki rekord 2026-cı ilin aprelində qeydə alınmışdı (2,38 avrodan çox). Yanacaq doldurma məntəqələrinin təqribən 800-ündə dizel 2,50 avrodan, 70-ə yaxın stansiyada isə 2,70 avrodən baha satılıb.
Benzin də bahalaşıb: Ən çox satılan SP95-E10 markalı benzinin orta qiyməti sentyabrın 18-də səhər saatlarında 2,17 avro olub. Bu göstərici 2022-ci ilin iyunundakı 2,11 avroluq əvvəlki rekordu on gündən çoxdur ki, üstələyir. SP98-in orta dəyəri isə təxminən 2,27 avroya çatıb. Sentyabrın 19-na olan məlumata görə, "Roole Data" xidməti orta qiymətləri dizel üçün 2,405 avro, SP95-E10 üçün 2,175 avro, SP98 üçün isə 2,276 avro səviyyəsində qeydə alıb.
Bahalaşmanın səbəbləri: Qiymətlərin kəskin artımı İran ətrafındakı müharibə fonunda dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır. Ölkədaxili qiymətlərə həmçinin nəqliyyat, saxlama, satış xərcləri və vergilər də təsir göstərir.
Bizim.Media