Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Erməni siyasi analitik, İrəvanda fəaliyyət göstərən müstəqil Regional Araşdırmalar Mərkəzinin (RSC) direktoru Riçard Giraqosyan 61 yaşında İstanbulda vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Agos” nəşri məlumat yayıb.

Ötən həftə görüş üçün İstanbula gələn Giraqosyan səhhətinin qəfil pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

“Agos”un məlumatına görə, beyninə qan sızan analitik uzun müddət Professor Doktor Cəmil Taşçıoğlu adına Xəstəxananın reanimasiya şöbəsində müalicə olunsa da, sentyabrın 19-u axşam saatlarında dünyasını dəyişib.
 

Giragosyan Cənubi Qafqaz, eləcə də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri üzrə mütəmadi olaraq fikirlərinə müraciət olunan aparıcı ekspertlərdən biri olub.


O, həmçinin “Agos” nəşri ilə yaxından əməkdaşlıq edərək burada məqalə və şərhlərini dərc etdirib.

Analitikin vəfatı ilə bağlı həmkarları və tanıyanlar başsağlığı mesajları paylaşıblar. Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Türkiyə ofisinin direktoru Nigar Göksəl bildirib ki, 20 ildən artıq müddətdə Qərbi Avropada, Türkiyədə, Ermənistanda və Gürcüstanda Giraqosyanla dəfələrlə birgə müzakirələrdə iştirak edib:

“Məsələlərə tez-tez fərqli bucaqlardan baxsaq da, Türkiyə, Ermənistan və Azərbaycanla bağlı mövzuları müzakirə etmək üçün görüşlərimizi həmişə davam etdirirdik. Onun yoxluğu 20 ildən artıq müddətdə paylaşdığımız o kiçik dünyada böyük bir boşluq yaradır”.

Richard Giragosyan kimdir?

8 yanvar 1965-ci ildə ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində anadan olan Giraqosyan karyerası ərzində Asiya İnkişaf Bankı, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi, Fransanın Müdafiə Nazirliyi, ATƏT və ABŞ Dövlət Departamenti kimi mühüm qurumlara məsləhətçilik edib.
 

Onun analitik məqalələri Avropa Xarici Əlaqələr Şurası, “Le Monde”, “The Moscow Times” və “Turkish Policy Quarterly” kimi nüfuzlu nəşrlərdə işıq üzü görüb.


2006-cı ildə Ermənistana köçən Giraqosyan, son illər İrəvanda yerləşən və Cənubi Qafqazın siyasi-strateji məsələləri üzrə ixtisaslaşan Regional Araşdırmalar Mərkəzinə rəhbərlik edirdi.

Giraqosyanın dəfn mərasiminin Ermənistanda keçiriləcəyi bildirilir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Pezeşkianı ABŞ səfərində müşayiət etməli olan jurnalistlərə viza verilməyib

Pezeşkianı ABŞ səfərində müşayiət etməli olan jurnalistlərə viza verilməyib

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Si Szinpin BRİKS liderlərinin şam yeməyində niyə iştirak etməyib?

Si Szinpin BRİKS liderlərinin şam yeməyində niyə iştirak etməyib?

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

Matviyenko ona məğlub oldu – Gizli yazışmalar üzə çıxdı

Matviyenko ona məğlub oldu – Gizli yazışmalar üzə çıxdı

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik etdi - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik etdi - FOTO

Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı - VİDEO

Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı - VİDEO

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Ukraynalı aktyorun keçmiş həyat yoldaşı ABŞ-da yenidən ailə həyatı qurdu - FOTO

Ukraynalı aktyorun keçmiş həyat yoldaşı ABŞ-da yenidən ailə həyatı qurdu - FOTO

Rus qoşunları Sumı vilayətində ərazini genişləndirməyə çalışır

Rus qoşunları Sumı vilayətində ərazini genişləndirməyə çalışır

Bu adada donuzlar dənizdə turistlərlə birlikdə çimir - VİDEO

Bu adada donuzlar dənizdə turistlərlə birlikdə çimir - VİDEO

End of content

No more pages to load

RADİO