Dövlətçilik tariximizin şanlı salnaməsi

Azərbaycanın üç il öncə sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bununla da Cənubi Qafqazda hazırda mövcud olan sülh üçün əsaslı zəmin yarandı.

Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Bu reallıq Azərbaycanın minlərlə qəhrəman övladının canı, qanı bahasına əldə edilib. 2020-ci ildə 30 illik işğala 44 gün ərzində son qoyan Vətən müharibəsi, 2023-cü ildə isə 100 illik separatizm ocağını cəmi 23 saata darmadağın edən antiterror əməliyyatları müstəqil dövlətçilik tariximizin ən şanlı salnamələri arasında yer alır.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün də məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını diqqətə çatdırdı. Bildirdi ki, istər siyasi, hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Sentyabrın 20-si antiterror əməliyyatları ilə separatizm qalıntılarından azad edilən şəhərlərimiz üçün də əlamətdar tarixdir.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni separatçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından artıq üç il keçir.

Suverenliyimiz xalqımızın milli sərvətidir

Dövlət Suverenliyi Gününün əhəmiyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamında xüsusi qeyd olunur. Sərəncamda bildirilir ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib:

"Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil
 

Bir gündən az davam edən antiterror əməliyyatlarının dövlətimiz üçün nəticələri olduqca böyükdür. Məhz bu əməliyyatlar nəticəsində suverenliyin elanı ilə dövlət idarəçiliyi ölkənin bütün ərazilərində bərpa olundu. Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Uzun illər qanlı müharibələrə şahidlik edən Cənubi Qafqazda silahlı qarşıdurma dövrü başa çatdı. Artıq separatizmi, işğalı özündə əks etdirən münaqişə ocağı tarixin qaranlıq arxivinə göndərilib.


Bu missiya Azərbaycanın ali rəhbərliyinin qətiyyəti, uzaqgörənliyi və dəmir siyasi iradəsi, xalqın öz liderinə olan bağlılığı və sarsılmaz inamı, Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində uğurla reallaşdırıldı. Artıq beynəlxalq aləmdə Azərbaycan adı gəldikdə işğala məruz qalan, suverenliyi pozulmuş ölkə yox, bölgəmizdə yeni reallıqlar yaradan, prosesləri yönləndirən, sürətlə inkişaf edən güclü, müstəqil və qalib dövlət statusu ön plana çıxır. Beləliklə, Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil, həm də gələcək nəsillər üçün dərsdir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd yenidən qurulur

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə başlayan bərpa quruculuq prosesi suverenliyimizin tam bərpasından sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd rayonlarını da əhatə etdi. Bu gün həmin şəhərlər doğma Azərbaycanın bir parçası olaraq yenidən qurulur, separatizmin, işğalın açdığı dərin yaralar milli birliyimiz, gücümüz sayəsində sarılır, sağaldılır. Bir zamanlar işğal faktının əsas ünvanlarından sayılan Xankəndi bu gün Azərbaycanın ən sürətli inkişaf edən şəhərlərinin sırasında yer alır. Minlərlə tələbə Qarabağ Universitetində təhsil alır. Qan yaddaşımız olan Xocalıya yeni həyat qayıdır.
 

Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması ölkənin müstəqil dövlətçilik tarixində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.


Dövlət Suverenliyi Günü bir daha göstərdi ki, xalq və dövlət bir olduqda heç bir güc Azərbaycanın qarşısında dura bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda 4 yaşayış məntəqəsi ilin sonuna qədər təhvil veriləcək

Ağdamda 4 yaşayış məntəqəsi ilin sonuna qədər təhvil veriləcək

Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb - Prezidentin xüsusi nümayəndəsi

Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb - Prezidentin xüsusi nümayəndəsi

Ermənistandakı Alban kilsələri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib

Ermənistandakı Alban kilsələri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO

Xocavənd şəhərində atəşfəşanlıq olacaq - FOTO/VİDEO

Xocavənd şəhərində atəşfəşanlıq olacaq - FOTO/VİDEO

Türkdilli ölkələrin qadın rəssamları Xankəndidə BİR ARADA - FOTO

Türkdilli ölkələrin qadın rəssamları Xankəndidə BİR ARADA - FOTO

Azərbaycanlıların çalışdığı Moskva bazarında dron partlayışı - VİDEO

Azərbaycanlıların çalışdığı Moskva bazarında dron partlayışı - VİDEO

Dövlətçilik tariximizin şanlı salnaməsi

Dövlətçilik tariximizin şanlı salnaməsi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Pezeşkianı ABŞ səfərində müşayiət etməli olan jurnalistlərə viza verilməyib

Pezeşkianı ABŞ səfərində müşayiət etməli olan jurnalistlərə viza verilməyib

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Si Szinpin BRİKS liderlərinin şam yeməyində niyə iştirak etməyib?

Si Szinpin BRİKS liderlərinin şam yeməyində niyə iştirak etməyib?

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

End of content

No more pages to load

RADİO